"8-ci km bazarı"nda nöqsanlar aşkarlandı


Bakıda ticarət mərkəzində ciddi pozuntular aşkarlanıb.

Bu barədə dogruxeber.tv-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonu, C.Naxcıvanski küçəsi, 64 ünvanında yerləşən “8-ci km Bazarı” kimi tanınan “Vüqar-2” ticarət mərkəzində 8 aprel 2022-ci il tarixində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlara yol verdiyinə görə ticarət mərkəzinin cavabdeh məsul şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək nöqsanların aradan qaldırılması üçün əlavə vaxt verilərək tələbnamə təqdim edilib.

Bununla belə, 27 oktyabr 2022-ci il tarixində Xidmət tərəfindən yüksək risk qrupuna aid olan sözügedən obyektdə keçirilmiş təkrar yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən edilib.

Belə ki:

- ticarət mərkəzi yanğın su hovuzu ilə təmin edilməyib, habelə ərazidə daxili yanğın su kranları quraşdırılmayıb;

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir;

- bir çox satış sahələrinin divarları və tavanı tezalışan çadır tipli materiallarla örtülüb;

- ticarət mərkəzi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- piştaxtalar olan cərgələrdə, habelə ərazidə saxlanılan avtomobillər arasında ara məsafəsi gözlənilməyib və təxliyə yollarında sərbəst hərəkət məhdudlaşdırılıb;

- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Bununla yanaşı, ticarət mərkəzinin ərazisində aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan motelin (mehmanxana) fəaliyyət göstərdiyi və orada aşağıdakı ciddi qayda pozuntuları aşkar edilib:

- motel binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb;

- bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil;

- standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir;

- bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir;

- motel otaqları yanar materiallarla üzlənilib.

"Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb", - məlumatda qeyd edilib.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər