"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı  canlı efirdə belə dedi // VİDEO

Ey gidi dünya...
Yağışın-qarın altında döyüşüb, respublikanın düşmən tapdağında olan 20% torpağını düşməndən azad edib bayrağını sancan kim, kameralar qarşısında erməni bayrağını yumruqla cırıb, şou göstərən kim. Yəni cəfasını kimlər çəkdi, səfasını kimlər sürür...

Torpağı geri almaq üçün qanını tərinə qatıb döyüşən oğullara, o zamanlar övladını, kürəkənini gizlədən məmurların indi 2-3 sot haqqı olan pay torpağı verməyə əlləri gəlmir. Yaxud, ölkə başçısının bu barədəki xüsusi tapşırığına baxmayaraq, bir işlə təmin etməyə belə xəsislik edirlər.

44 günlük müharibənin fəsadları iki ildir nəinki bitmir, hələ hər gün daha da artır sanki.
Hər gün hər hansı sosial mediya, yaxud sosial şəbəkələrdə müharibə iştirakçıları ya torpaq problemindən, ya da işsizlikdən gileylənirlər.

Statistika işsizlik səviyyəsinin 5 %-ə qədər azaldığını deyir.
Bəs kimlərdir o, 95% çalışanlar?

Bütün bölgələrdən "dogruxeber.tv"a, "Kanal14"ə, həmçinin digər müstəqil mediyalara işsizlikdən və rayon rəhbərliyindən narazı vətəndaşlar, Qarabağ veteranları və sair şəxslər olur. Lakin, elə vətəndaşların özlərinin verdikləri məlumatlarda aydın görünür ki, çalışan şəxslərin əksəriyyəti məmur qohumları, qalanları isə rüşvət vermək iqtidarında olan şəxslərdir.

Qazax rayon sakini Məzahir Əliyev "Kanal14"ün efirində yayımlanan "Kamalın zamanı" proqramı canlı yayımda rayonda işləmək üçün kimlərin qohumu olmağın "vacibliyini" vurğulayıb.

İşsizlik demişkən, 28.11.2022-ci il tarixində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Daşkəsən rayon Əmirvar kənd sakini, eyni zamanda Vətən müharibəsi iştirakçısı, bir neçə medal sahibi Hüseynli Səyyab da işsizlikdən və bugünə qədər pay torpağı ala bilmədiyindən gileylənib və vurğulayıb ki, bunlara sahib olması üçün kənd İcra nümayəndəsi Rüfət Bədəlov ondan rüşvət tələb edir.

Ətraflı videoda:



Torpağı vətən edən oğulları vətəndən narazı salmaq üçün vəsifə səlahiyyətlərindən istifadə edən hər kəs bu vətənin, bu xalqın düşməni deyilmi sizcə ?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər