gundem / dunya
12.01.2023
Rusiyada koronavirus mutasiyaya uğradı - "Kraken" variantı yayılır
Rusiyada COVID-19 pandemiyası yenidən mutasiyaya uğrayıb.
dogruxeber.tv xəbər verir ki, bu barədə Rospotrebnadzorun mətbuat xidməti məlumat verib.
Yeni variantı ilk dəfə yanvar ayının 12-də Rusiyada aşkar edilib: "XBB.1.5 omikron subvariantına ("kraken") ilk yoluxma halı Penza vilayətində qeydə alınıb".
Nazirlikdən vurğulanıb ki, hazırda ölkədə koronavirusun "omikron" ştamının kifayət qədər geniş çeşidi var, lakin BA.5 xətti dominant olaraq qalır.



