Mingəçevirdə ekoloji terroru kimlər törədir, kimlər göz yumur ? - VİDEO

Bu gün Mingəçevir şəhər sakinləri tərəfindən "dogruxeber.tv"a Mingəçevir şəhərində, istirahət parklarında ekoloji terroru əks etdirən videogörüntülər daxil olub.

Baxın!
Videogörüntülərdə, şəhərin mərkəzi sayılan ərazidə - "41-45 abidəsi"nin qarşısında yaşıllıq ağaclarının düz yanında quru yarpaqların və məişət tullantılarının yandırıldığını görürük.

Şəhər sakinlərinin əməkdaşlarımıza bildirdiyinə görə belə hallar tez-tez yaranır. Özü də bunu yaşıllaşdırma İdarəsinin işçiləri güya təmizləmək məqsədilə, yəni özlərinə əziyyət vermədən, beləcə qəsdən edirlər.

Görünür, o yanan tullantıların tüstüsünün ətrafdakı insanların səhhəti üçün nə qədər zərərli olduğunu isə ümumiyyətlə düşünmürlər.

Məlumat üçün bildiririk ki, bu hal İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərinin pozulması halıdır ki, bunu da Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinin, ya da Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri mütəmadi olaraq, "təmizlik" adı altında, bilərəkdən yaradırlar.



Mənzil Kommunal Təsərrüfat Birliyi demişkən, sakinlər bildirir ki, orada bir neçə çoxillik yaşıllıq ağacları var idi ki, hamısı bir gecədə kəsilib aparılıb.
Videoda da aydın görünür ki, yandırılan tullantılar kəsilmiş ağacların kökünün üstündə yandırılır. Ağacları kəsənin isə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Şəhriyar Mustafayevin olduğu deyilir.
Şəhriyar Mustafayev eyni zamanda, həm də Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinin 75 yaşlı müdiri Əli Amirovun kürəkənidir.

P.S: Görüntülərlə bağlı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Şəhriyar Mustafayevlə telefon əlaqəsi saxlayıb, məsələyə münasibət bildirməsini istədik.

Şəhriyar Mustafayev "41-45 abidəsi"nin qarşısında ağacların kəsildiyini də, orada tullantıların yandırılmasını da təkzib etdi və "biz heç xəzəli yandırmırıq, o ki, qaldı ağacların kötüyü" deyə cavab verdi.

Nə dəyək, "kor-kor, gör-gör"...

Sahil istirahət parkındakı kəsilmiş ağaclara isə belə aydınlıq gətirdi ki, "Şam ağaclarına xəstəlik düşmüşdü, quruyurdu. Ekspertizanın rəyi ilə, qanunauyğun şəkildə kəsilib, icra Hakimiyyətinin anbarına yığılıb. İstəsəniz ekspertizanın rəyini də təqdim edə bilərəm."

Ekspertizanın rəyini göndərmək üçün bizdən e-mail ünvanı istədi, votsap vasitəsilə göndərdik. Lakin, bir neçə saat gözləsək də elektron poçtumuza Şəhriyar bəydən mesaj gəlmədi.

Qeyd edək ki, yerli sakinlər ağacların sağlam olduğunu və qurumadığını iddia edirlər.

Aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun məsələ barəsində araşdırmalar aparıb, lazımi tədbirlər görəcəyinə ümid edirik.

dogruxeber.tv
Sərdar Məhəmmədoğlu

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər