gundem / dunya
16.01.2023
Rusiya və Belarus birlikdə hərbi təlimlərə başladı
Belarusda Rusiyanın da iştirakı ilə regional qüvvələr qrupunun aviasiyasının taktiki-uçuş təlimi başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə yanvarın 16-da Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün qoşunların regional qrupunun aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərdə Aerokosmik Qüvvələrin hərbi birləşmələri iştirak edir.



