gundem / hadise / bolge
25.01.2023, 11:15
Samuxda yol qəzası - Xəsarət alanlar var
Samuxda ağır yol qəzası olub.
"dogruxeber.tv" xəbər verir ki, hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.
Baş verən qəzada 3 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hadisə bağlı araşdırma aparılır.
dogruxeber.tv
Kamal Əsgərov


