Qadınlar niyə bəzənir? - Sorğu

"dogruxeber.tv" Facebook sosial şəbəkəsi üzərindən maraqlı sorğu keçirib.

Sual belə idi: Qadınlar nə, yaxud kim üçün bəzənirlər ?

Cavablar müxtəlif olub.

Hüseyn Atasevər: 1) Özləri üçün. Özünə hörməti olan qadın baxımlı və özünə qarşı diqqətli olmalıdır,
2) Həmcinsləri üçün geyinir. Həmcinslərindən seçilmək və onların diqqətini özlərinə cəlb etmək üçün.

Sarvan Əsədov: "Çox vaxt xanımlar heç nə düşünmədən bəzənirlər".

Fizuli Sadə: "Bəzənmək " ayrı bir şeydir, kiməsə görə bəzənmək deməkdir. Səliqəli və özünə baxımlı geyinmək ailə üçün qəşəng görünmək deməkdir. Həmçinin də səliqəli geyim abır-həyadır, ismətdir qadın üçün. Belə olan halda ətrafdakı hər kəsin gözünə gözəl görünərlər. Daha bəzi qadınların, qızların geyindikləri kimi yox.
Elə geyinirlər istər paltar, istər şalvar, bərbad halda görünürlər. Bu 85 % belədir.

Şahin Səmədov: Mənə elə gəlir ki, qadınlar belə məsələlərdə biraz paxıl olurlar. Yəqin ki, kiməsə acıq vermək üçün bəzənirlər.

Ramil Məmmədov: Cavan da olsam müşahidəmə əsasən yazıram. Xanımlar 2 formada bəzənir.
1) Həyat yoldaşları başqa qadınlara meyl etməsin deyə, onların diqqətini cəlb etmək üçün
2) Bəziləri də olur ki, xoşlarına gələn kişinin, oğlanın diqqətini cəlb etmək üçün bəzənirlər.

Xəqani Baxşəli: Xanımlar hər zaman gözəl görünməlidir, fərqi yoxdur evdə, yaxud çöldə.

Nazim Abbas: Xanımlar əslində digər xanımlardan gözəl görünmək üçün bəzənirlər.

Xəyal Əmrahov: Gözəllik, bər-bəzək xanımlar üçündür. Məncə, qadın birinci növbədə özünə görə bəzənir.

Etibar Məmmədov: İstər qadın, istər bəy - səliqəli geyim hər kəsə lazımdır. Qaldı ki, xanımlara, xanımlar hər zaman geyiminə, səliqəsinə, davranışına önəm verməlidir. Geyinib özünü reklam edəcəksə, o bəlli olur. Xanım öz yoldaşına sadiq olmalıdır, kiməsə bəzənib görünməyə yox.

Bəhruz Çıraqov: Gözəl görünmək üçün.

Namiq Telmanoğlu: Xanımların bəzənməsi instinkt bir şeydir.

Şöhrət Məmmədov: Qadın ancaq və ancaq həyat yoldaşı üçün bəzənməlidir məncə.

Nadir Qədimli: Özləri üçün. Gözəl görünmələri üçün.

Bal Kamal: Kim üçün yox, qüsursuz görünmək üçün bəzənirlər.

Emin Sadiq Həsənov: Rəfiqələrindən daha gözəl görünsünlər deyə.

Fikrət Zalov: Xanım ümumiyyətlə özünə fikir verməlidir. Hansısa bir insanın gözəl görünməyi başqalarına xoş təəssürat bağışlayır.

Cavanşir Xosrovov: Mən deyirəm Azərbaycan xanımlarının gözəllikdə tayı-bərabəri yoxdur.

Elməddin Vəliyev: Ağıllı xanımlar gözəllik üçün.

Hikmət Ağayev: İlk növbədə özü üçün. Qadın səliqəli olduqda, yəni bəzəndikdə istənilən yerdə özünü rahat və sərbəst hiss edir. Qadın normal cəmiyyətin barometeridir. Qadın olan yerdə səviyyə gözlənilir.

Nağı Allahverdi: Qadınları anlamaq üçün məzaradək onları oxumaq lazımdır. Bəzək xanımın yaraşığıdır, amma qədərində.

Kamran Orucov: Möhtəşəm sorğudur.

Rövşən Həsənov: Xanımlara görə dəyişir.

Xəlil Xəlilov: Xanımlar gözəl görünməyə meyilli yaradılıblar. Kimsə olmasa belə, onlar bəzənəcəkdir. Bəzək-düzək onların adətidir.

Nailə Novruzlu: Özüm üçün bəzənirdim.
Bu da tam cavab olmadı. Anamdan görmüşdük ki, hər geyimin parlaq rənglisini, dikdaban, incə zövqlü, lak ayaqqabıları seçərdi. Üzə "Sevil" kremi, parfümlər...

Mövsüm Məmmədov. 1. Özlərindən daha gözəllər üçün - "bax sənə çatmışam"
2. Gözəllikdə özlərindən aşağıda olanlar üçün - "Sən nə qədər bəzənsən də mənə çata bilməzsən"

Köçəri Rüstəmov: Bu xəmir hələ çox su aparacaq.

İbrahim Əliyev: Xanımların bəzəyini yaradan özü verib, bəzilərinə daxildən, bəzilərinə xaricdən, məncə əlavəyə gərək yoxdur.

Rahib Hümbətov: Sadəcə həyat tərzi.

Etibar Salahov: Məncə hər bir xanım özünə hörmət niyyətinə bəzənməlidir.

Murad Mustafayev: Məncə xanımlar yoldaşı ücün bəzənməlidir, yoldakı ücüñ yox !!!

Kamil Hüseynov: Qadınlar müxtəlif səbəblərdən bəzənirlər.

Saqif Fərzəliyev: Məncə xanımlar yoldaşı ücün bəzənməlidir, yoldakı üçün yox !!!

Hacı Loğman Qorqud: Xanımların bəzənməsi əslində özünüifadə formasıdır, hər bir qadının bəzəyi onun xarakterinin güzgüsüdür.

Şiraz Abdullayev Laçın Güləbird:
Ən yaxşısını özləri bilir, niyə və nə üçün bəzənirlər.

Mircəfər Nağızadə: Bəylər üçün.

Rafiq Nadirov: Bu mövzuya tam cavab vermək çətindi.
Hər bir qadının daxilində olan "mənlə" bilir ki, kimin üçün bəzənir.
Məncə bu qədər net.

Taleh Babayev: Qadın daim diqqət istiyir, diqqətdə olmaq üçün gözəl olmalıdır, gözəl görünmək üçün bəzənməlidir.

Rakif Mehbaliyev: Qadınların əksəriyyəti ancaq harasa gedəndə bəzənir. Yəni, başqaları üçün. Mənən zəngin qadın bər-bəzəyə önəm verməz.

Aydın Cəfərov: Birinci, öz geyiminə, səliqəsinə, təmizliyinə, bir sözlə, qadın isminə şərəf gətirmək üçün, ikinci hər bir kəs tək ailənin adına deyil. Cəmiyyətin, ictimaiyyətin, övladıdır. Onun xatirinə. Üçüncüsü, dini məsələlərə görə hər bir kəs, bəzənməli, ətirlər vurmalı, məscidə getməlidir. Həm də alış-verişə. Artıq cəmiyyətdə qadınlarda işləyir, iş yerlərinə, əgər and içirsənsə, namaz qılırsansa, Allahın hüzurunda da elə geyinməlidir. Sevgilisinin, nişanlısının, ərinin qarşısında da həmçinin.

Ramin Vəlioğlu: Məncə xanımlar ən çox elə xanımlar üçün bəzənirlər.

Elçin Bayramlı: Qadınların çoxu ərlərinin istəmədiyi geyimi geyinir, kosmetikanı edir. Deməli, başqa kişilər üçün bəzənir.

Məmmədxan Hüseynov: Baxır xanıma. 5 barmağın 5 i də eyni olmur. Hərəsi bir səbəbdən bənzənir. Amma fikir versək görərik ki, sosial həyatı az olan insanlar demək olar ki, nadir hallarda bənzənir. Sosial adamlar isə istər kişi, istərsə də qadın olsun, demək olar ki, hər gün bənzənir. Kişilər niyə ütülü, təmiz paltar geyinir? Saçların, saqqalarin niyə darayir? Və ya toya niyə sport geyinmir?
Düşünürəm ki, əksəriyyətində səbəb özlərində özgüvən hiss etmək üçün edir bunların hamısın.

Anar Şəkərov: Hər insan baxımlı, yaraşıqlı və qüdrətli olmaq arzusundadır. Söz qadından gedirsə əgər, bu fikirlər qadına da aiddir. Qadının zərif cinsin nümayəndəsi olmağını nəzərə alsaq, onda bir balaca da olsa fikirlər fəqli istiqamətə yönəlir. Amma, hal-hazırda qadınların bəzənməsi, dəb adı altında olan böyük bir yarışmaya dönüb və bu bəzənmələr "ifrat"a dönüşdüyündə hansısa gözəllikdən danışmaq yersizdir. Gözəllik, sadəlikdədir!

Mayis Hüseyinov: Əgər xanım özünə hörmət edirsə, evdən çıxanda həmişə bəzənib çıxmalıdır


Rəhim Quliyev: Hərdən elə bəzənirlər ki, adam sifətlərinə baxanda iyrənir. Heç özləri də bilmirlər. Qısacası, subay olduğum üçün bele şeylər çox diqqətimi çəkir. Dırnaqlar yarım metr, qaşlar 90 santı, sifətdə 2 kq makyaj. Allah'a and olsun mən darvaza malyarkasında bir belə kosmetika istfadə eləmirəm. İndi belə bir xanım mənimlə hesab eləyək ki, ailə qurur, sizcə bundan adama yemək bişirən olar?

Arif Paşayev: Xanımların bəzənməyi özlərinə baxımlı olduğunu göstərir.

Rasim Mahmudov: Cinsiyyətindən asılı olmayaraq, hər bir kəs, nə edirsə, yalnız özü üçün edir.
"Hər bir kəsin fəaliyyəti, yalnız özü üçündür". Məncə.

Daşqın Official: Bir xanım, sadəcə və sadəcə ağlında və ürəyində olan biri üçün bəzənə bilər. Bu mənim düşüncəmdir..

Nailə Novruzlu: Mənim anam 89 yaşında rəhmətə ğetdi. Yatagdan zorla galxıb özü bəyəndiyi ğecəköynəyini çıxartdı.Biz onu ğeyindirdikdən sonra yaxasını titrəyən əlləriylə yenidən düzənlədi.

Halil İbrahim Aslan: Para için, güzel olmak için, zengin koca bulmak, insanlara hava basmak için giyinir.

Fəxrəddin Mürsəlov: Bəzənmək xanımlara xas olduğu üçün bəzənirlər, vəssəlam.

Hafiz Aliyev: Qadın baxımlı olmali nümunəvi olmalıdır,bəzənmək isə qadının xidmətindədir, heç kim olmasa belə bəzənəcəkdir!!!

Nurlan Mingəçevirli: Özləri üçün.

Rauf Nağıyev: Baxımlı və diqqət mərkəzində olmaq üçün.

İşıqlı Azərbaycan: Bəzi xanımlar kimi özlərinə cəlb etmək istəyirlər, onun üçün bəzənirlər.
Bütün xanımlar baxımlı və gözəl olmalıdır sahibi üçün.

Arif Hümbətov: Özləri üçün. Xanımlar həmişə səliqəli olmalıdır, bu qədər.

Verilən cavabların faiz nisbətini nəzərə alsaq, psixoloqların iddiaları təstiqini tapmış olur.

Bəli, qadınlar başqa qadınlarlardan gözəl görünmək və özgüvən üçün bəzənirlər.

dogruxeber.tv
Jalə Asiman

Oxunub: 502

Son xəbərlər

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Bütün xəbərlər