Mənim düşüncələrim

(Əvvəli ötən sayımızda)
Sizi bilmirəm, ancaq mənim fikrimcə, insana hörmət böyük yaradıcı qüvədir. Hörmət, ehtiram, nəvaziş insanın böyük mənəvi dayağıdır. Əgər müşahidə etmisinizə, əsəbi bir insana ehtiram göstərib xoş bir sğz deyəndə yumşalır, mənən, daxili bir rahatlıq tapır. Deyərdim ki, hörmət insana böyük dayaq olmaqla yanaşı, onu öz gözündə yüksəldir, gümrahlıq, özünə əminlik, özünə inam verir, bir şəxsiyyət kimi onun dəyərini artırır. İnsan elədir ki, özünə diqqət göstərildiyini, hörmət olunduğunu hiss edəndə, görəndə öz mənliyini, öz şərəf və ləyaqətini dərk edib qiymətləndirir və bunu qorumağa çalışır. Fikrim daha aydın başa düşülsün deyə belə deyərdim ki, insan özünü bir şəxsiyyət kimi hiss edir. Bu isə onun ruhi- əxlaqi, mənə səviyyəsini yüksəldir və zənginləşdirir. Öz həyat təcrübəmə əsasən qəti şəkildə deyə bilərəm ki, hörmət insani münasibətdə elə yüksək bir dəyərdir ki, o, uzun müddət insanın yaddaşından silinmir, onu pis əməllərdən və vərdişlərdən çəkindirərək insanlara qarşı mülayım, diqqətli olmağa sövq edir. Hörmət etməyi bacarmaq insanın daxili mədəniyyətinin göstəricisi, ictimai- əxlaqi davranışlarının ölçüsüdür. Bu, eyni zamanda mənəvi zənginliyin, əxlaqi saflığın və ruhi gözəlliyin ifadə formasıdır. Bir misal gətirəcəyəm. Məni köhnə iş yerimdə Az.TV- də bir oğlan var idi. Çox gobud, qaraqabaq, təkəbbürlü, saymazın biri idi. Heç kimə salam verməz, münasibət yaratmaz, uyuşmazdı. Eşitdiuimə görə yuxartılarda adamı vardı. Bir söz olan kimi onların adını çəkir, yekəxana- yekəxana danışardı və lazımsız yerə şit- şit gülərdi. Buna baxmayaraq mən bir iş yoldaşı kimi həmişə salam verər, halını soruşardım. O da baxıb düz gedərdi. Bir dəfə səhər- səhər işə gələndə gördüm otaqda tək oturub. Salam verdim. “ Necəsiniz?” dedim, sonra keçib yerimdə əyləşdim. Bir az keçmişdi ki, o, yerindən qalxıb mənim stoluma yaxınlaşdı.
- Bura bax, - dedi. – Mən sənin salamını almıram, salam da vermirəm. Bəs sən hər dəfə niyə mənə salam verirsən? Məqsədin nədir?
Gülümsündüm. Sakit tərzdə dedim:
- Neçə ildir bir yerdə, bir otaqda işləyirik.Hər gün bir yerdəyik. Salam vermək sadəcə mənim insanlıq borcumdur. Çünki biz bioloji varlıq deyilik. Amma sizin mənim salamımı almaq borcunuz yoxdur. Ürəyiniz istəmir almırsiniz, burda nə var ki? Bircə onu deyə bilərəm ki, mən məqsədlə salam verən adamlardan deyiləm. Siz gərək bu neçə ildə bunu biləydiniz.
O. ani fikrə getdi, sonra dedi:
- Hə. deyəsən elədir. Görmüşəm ki, səni yersiz incidən şöbə müdirinə də salam verirsən. Amma mən onları heç adam yerinə də saymıram.
- O daha sizin öz işinizdir. Özünüz bilən məsləhətdir.
Sənədləri götürüb otaqdan çıxmaq istəyəndə, o, dedi:
- Sən düşünürsən ki, mən düz eləmirəm?
- Xeir. Mən bu barədə düşünmürəm.
- Niyə?
Mən təəccüblə onun üzünə baxdım:
- Məgər mən düşünməliyəm ki?

Ardı var...

Aytəkin Talıbqızı

Oxunub: 2 268

Son xəbərlər

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

Bütün xəbərlər