Təşəkkürlər,  doktor

Həyatda elə şəxsiyyətlər var ki, onların varlığı insanlara sevinc, xoşbəxtlik gətirir, sağlam həyat bəxş edir, yaşamaq eşqini daha da artırır.
Belə insanlar xalqının, milətinin sevimlisinə, əzizinə çevrilir, onların yaddaşında əbədi kök salır.
Bu cür dəyərli, xeyirxah, insanlıq adına şərəf gətirən və onu daha uca zirvələrə yuüksəldən ziyalılarımızdan biri də şəkildə gördüyünüz gülərüzlü həkim Cəmil Həsənovdur. O, bu yaxında anadangəlmə buynuz qişasının çatmazlığı sindromu ilə doğulan Göyçayın Mirzəhüseynli kəndindən 8 yaşlı İsmayılzadə Röyal Vüsal oğlunun gözlərini əməliyyat edib. Mükəmməl nəticə əldə olundu. 80 % görməyən, get-gedə heç görməmək təhlükəsiylə üzləşən Röyal sağlığına qovuşub.

Həkim-oftalmoloq, kiçik elmi işçi Cəmil Vaqif oğlu Həsənov 2008-ci ildə Azərbaycanda ilk dəfə, bəli, ilk dəfə anadangəlmə qlaukomanın müalicəsində daha effektiv “Trabekulotomiya ilə birlikdə trabekulektomiya” cərrahi texnikasını təqdim edib.
Bu, böyük uğurdur!

Fərəhlə qeyd edək ki, Cəmil doktor bu gün Azərbaycanda tək-tük barmaqla sayılacaq anadangəlmə qlaukuoma üzrə peşəkar cərrah, mütəxəssisdir.
Hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsində çalışır.
Göyçaydan Röyalın ailəsi-atası-anası, babası-nənəsi Cəmil doktor başda olmaqla balaca Röyalın qayğısını çəkən bütün tibbi personala, tibb bacısı Səbinə Məmmədovaya, Reyhan Süleymanovaya, Aysel Əliyevaya, Ülkər Əliyevaya öz dərin təşəkkürünü bildirir.

Mən də bu təşəkkürlərə qatılaraq Cəmil doktora Allahdan can sağlığı diləyirəm.
Nə yaxşı Azərbaycanda sizin kimi öz işinin mütəxəssisi olan peşəkar, bacarıqlı həkimlərimiz var.
Allah qolunuza qüvvət, zehninizə açıqlıq versin, əziz doktorumuz!!

Dərin hörmətlə: Südabə Sərvi

Oxunub: 731

Son xəbərlər

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Bütün xəbərlər