gundem / Cəmiyyət
16.02.2023
İcra başçısı onu özünə müavin TƏYİN ETDİ
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
"dogruxeber.tv" xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin əmri ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, o bu təyinatadək Goranboy rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini olub.




