gundem / dunya
17.02.2023, 12:15
Səudiyyə Ərəbistanı kosmosa ilk qadın astronavt göndərəcək
Səudiyyə Ərəbistanı yaxın aylarda kosmosa göndərməyi planlaşdırdığı ilk qadın astronavtın kimliyini açıqlayıb.
"dogruxeber.tv" xəbər verir ki, ölkənin rəsmi agentliyi SPA tərəfindən verilən açıqlamada qadın astronavt Reyyane Bernavinin həmkarı Əli Əl-Karni ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacağı bildirilib.
İki astronavtın "Axiom Space" özəl kosmos şirkəti tərəfindən təşkil edilən kosmos missiyası çərçivəsində yazda ISS-ə uçacağı öyrənilib.



