gundem / Təhsil / Kriminal
11.03.2023, 10:30
Nicat Lənkəranskiyə silahlı hücumun sifarişçisi Naxçıvanskidir
Bakı Dövlət Sirkinin yaxınlığındakı atışmanın kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə hücumun sifarişçisi məlum olub.
"dogruxeber.tv"ın “Unikal”a istinadən əldə etdiyi məlumata görə, N. Lənkəranskiyə silahlı hücumun sifarişçisi onunla konfliktdə olan kriminal aləmin digər üzvü Emin Naxçivanski olub. Tərəflər arasında uzun müddətdir davam edən qarşdurmayla bağlı maraqlı faktlar da üzə çıxıb.
Belə ki, E. Naxçıvanskinin “Qardaşoğlu” ləqəbi ilə tanınan qardaşı Elnur Qasımovun Nicat Lənkəranski tərəfindən öldürüldüyü ehtimal edilir.
Qeyd edək ki, hər iki şəxs kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamları hesab edilir.



