İlham Əliyev italiyalı nazir müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

"dogruxeber.tv" xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı.

Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi.

Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Oxunub: 357

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər