gundem / iqtisadiyyat / dunya
14.04.2023, 12:00
Dollar dünya valyutalarına nisbətdə ucuzlaşır
Bu gün səhər dolların dəyəri ticarət məlumatlarına görə, avro və yen daxil olmaqla, digər əsas dünya valyutaları qarşısında ucuzlaşıb. ABŞ-da inflyasiyanın yavaşlaması ilə bağlı statistik məlumatlar Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaldacağı və faiz artımı tsiklini tamamlaya biləcəyi ilə bağlı gözləntiləri dəstəkləyib.
"dogruxeber.tv" "ria.ru"ya istinadən qeyd edir ki, Avronun dollara nisbətdə məzənnəsi son bağlanış səviyyəsindən 1,1044 dollardan 1,107 dollara qalxıb, dolların yenaya nisbətdə məzənnəsi 132,56 yendən 132,38 yenaya kimi azalıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,18% azalaraq 100,83 bənd təşkil edib.
Həftənin əvvəlindən dollar indeksi 1,25% ucuzlaşıb, avronun dollara nisbətdə məzənnəsi isə 1,6% bahalaşıb.
dogruxeber.tv
Asiman Əsədsoy


