gundem / iqtisadiyyat / Cəmiyyət
26.04.2023, 16:30
BNA 2,1 milyon manatlıq tenderin qalibini seçdi
Bakı Nəqliyyat Agentliyi texniki dəstək xidməti ilə bağlı tenderin nəticələrini elan edib.
"dogruxeber.tv" FED.az-a istinadla xəbər verir ki, qalib "Smartech System" MMC (VÖEN: 2002585011) seçilib.
Tenderin dəyəri 2 166 480 manatdır.
Bağlanılacaq müqvaviləyə əsasən “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur.


