DİN işçi axtarır

Salyan, Masallı, Quba, İmişli, Kürdəmir, Şamaxı, Tovuz və Ağcabədi “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə vakant kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Salyan, Masallı, Quba, İmişli, Kürdəmir, Şamaxı, Tovuz və Ağcabədi rayonlarında yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2023-cü ilin may ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.

Müraciət etmiş şəxslər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;

- Ali təhsil haqqında diplom;

- Əmək kitabçası (olanlar üçün);

Əlavə məlumat üçün əlaqə telefonları:

Şəhər: (012) 590-80-63, (012) 590-80-93
Daxili: 80-63, 80-9

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər