20 dövlət əmlakı hərracda özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

"dogruxeber.tv" xəbər verir ki, hərracda avtomobilin birinə ilkin start qiymətindən 3 dəfə çox məbləğ təklif edilib. Belə ki, start qiyməti 11 000 manat olan “Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.

Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri “Cəlilabad Məişət” ASC-yə və "Xudat Kəndnəqliyyat" ASC-yə məxsusdur.

Özəlləşdirilən obyekt isə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

"Satılan əmlaklar üzrə dövlət büdcəsinə 231 156 manat vəsaitin ödənilməsi nəzərdə tutulur", - məlumatda deyilir.

Bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 16 və 23 may tarixlərində keçiriləcək və satışa 57 əmlak çıxarılacaq.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər