21 saylı Birləşmiş Xəstəxanada “USM” və rentgen aparatları aylardır işləmir - Sakinlər etiraz edir...

Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş Xəstəxanada “USM” və rentgen aparatları aylardır işləmir.

"dogruxeber.tv" bildirir ki, Hurriyyet.az saytına daxil olan məlumata əsasən, xəstələr uzun müddətdir həkimlərdən aparatların yeniləri ilə əvəzləniləcəyini eşitsə də, problem qalmaqdadır.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova yaranmış problemin səbəblərini açıqladı:

“Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında USM aparatının işləməməsi ilə əlaqədar onu bildirmək istəyirik ki, Mərkəzin tabeli müəssisələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yararsız olan tibbi avadanlıqların yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir. Bu prosesin davamı olaraq sözügedən tibb müəssisəsində də yaxın zamanda yeni USM aparatının quraşdırılması nəzərdə tutulub.

Bir müddət əvvəl 21 BŞX-də yoxlamaları zamanı rentgen aparatının işlək vəziyyətdə olmaması aşkar edilib və nəticədə rentgen kabinetinin fəaliyyət göstərilməməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda bu problemin aradan qaldırılması nəzərdə tutulur”.

P.S. Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş Xəstəxanaya müraciət edən pasiyentlərin aylardır davam edən problemi çox güman ki, hələ uzun müddət çözülməyəcək. Bu səbəbdən, sakinlərə “çalışın xəstələnməyin”, - deməkdən başqa sözümüz qalmır...

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər