gundem / iqtisadiyyat
8.05.2023, 15:45
18,6 milyon manatlıq tenderi "Esen Tekstil" uddu
DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi növbəti tenderin nəticələrini elan edib.
"dogruxeber.tv" FED.az-a istinadla xəbər verir ki, qalib “Esen Tekstil” MMC (VÖEN: 1007376401) olub
Şirkətlə 18 646 146 manat məbləğində müqavilə imzalanıb.
Müavilədə geyim əmlaklarının, fərqlənmə nişanlarının və yataq ləvazimatlarının satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Esen Tekstil” MMC bundan əvvəl DİN Daxili Qoşunlar Baş İdarəsi ilə 2 125 640 manat məbləğində "2023-ci il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, idman, qış, yay ayaqqabılarının və kazarma başmağının satın alınması" tenderi üzrə müqavilə bağlayıb (14.04.2023).


