Korrupsiyanın vuran ürəyi və məmurlar üçün yağlı tikə: Dövlət tenderləri - Ekspertlər danışır

dogruxeber.tv: - Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntularının olması heç kimə sirr deyil. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə vaxtaşırı tənqidlər səsləndirilsə də, bu sahədə mövcud olan nöqsanları aradan qaldırmaq mümkün olmur.

İnkişaf etmiş ölkələrin təcrübəsində isə tenderlər, kotirovka soğruları, dövlət sifarişləri zamanı şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni anti-korrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsi və s. amillərə xüsusi diqqət yetirilir.

Dövlət satınalmaları zamanı ortaya çıxan neqativ halların aradan qaldırılması, şəffaflığın təmin edilməsi üçün hansı addımlar atılmalıdır? DİA.AZ bildirir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, keçmiş deputat Əliməmməd Nuriyevin sözlərinə görə, dövlət satınalmaları zamanı qiymətləndirmə metodologiyası beynəlxalq standartlar və meyarlar əsasında müəyyən edilir: “Burada seçilmiş 64 indikatordan istifadə olunur. Qiymətləndirmə indikatorları, dövlət satınalmaları qanunvericiliyinin mövcud vəziyyətini qiymətləndirən 5 tematik kateqoriya mövcuddur. Şəffaflıq 18, qanunvericilik bazasının yekcinsliyi 14, səmərəlilik 10, rəqabətlilik və tərəfsizlik 10, hesabatlılıq və dürüstlük 7 indikatorla müəyyən edilir. Satınalma əməliyyatlarının elektron tender vasitəsilə həyata keçirilməməsi satınalma prosesinin səmərəliliyini azaldır və korrupsiya riskləri üçün zəmin yaradır”.

“Mövcud qanunvericilikdə satınalma prosesinin hesabatlılığını və dürüstlüyünü təmin edən normalar da kifayət qədər əks olunmayıb. Tenderlərin keçirilməsi və qaliblərin seçilməsi prosesini tənzimləyən qaydalarda bir sıra boşluqlar var. Bütün bunlar da öz növbəsində tender prosesinin hesabatlılığını və dürüstlüyünü şübhə altında qoyur”, - deyə həmsöhbətimiz bildirib.

Hüquqşünas deyib ki, tenderlər, kotirovka sorğuları və dövlət sifarişləri zamanı bu məqamlara xüsusi önəm verilməlidir: “Əgər dövlət satınalmaları zamanı şəffaflığın təmin olunmasını istəyiriksə, beynəlxalq normativlərə əməl etməliyik. Əks halda bu, aiddiyəti qurumların və maraqlı şəxslərin mənafeyinin təmin olunmasına xidmət edəcək. Burada isə bir sıra məqamlar yer alır. Tenderin təsviri, statusu, satınalma metodu, tender komissiyasının tərkibi, təchizolunma müddəti, məhsul, xidmət və işin təsviri və həcmi, əlaqəli sənədlər, müqavilənin təltif edilmə sənədinin identifikasiya nömrəsi və s”.

“Çox təəssüf ki, bəzi dövlət məmurları çirkin vərdişlərindən əl çəkə bilmirlər və dövlətin ayırdığı tenderləri öz ətraflarına paylayırlar. Cənab Prezident İlham Əliyevin bununla bağlı xəbərdarlığına da məhəl qoymayan belə məmurları cəzalandırmaq, bundan da daha vacibi isə elektron sistemə əlçatanlığı təmin etməkdir”, - deyə Nuriyev vurğulayıb.

İqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Azərbaycanda tenderlərin kağız üzərində keçirildiyinə şübhə etmir: “Açıq şəkildə qeyd etmək lazımdır ki, tenderlər və kotirovka sorğuları məmur oliqarxiyasının maraqlarına xidmət edir. Ya əvvəlcədən tenderləri elə formada tərtib edirlər ki, özlərinin müəyyən etdiyi qaliblər üçün münbit şərait yaransın, ya da bir neçə şirkətlə qatılırlar ki, rəqabətdə öz şirkətləri udsun. Bunu Azərbaycanda bilməyən yoxdur”.

“Təsəvvür edin ki, Rəqabət Məcəlləsi 30 ildir qəbul edilmir. Bir neçə dəfə parlamentin müzakirəsindən geri qaytarılıb. Hətta bu məcəllə qəbul edilsə belə, çox güman ki, işlək olmayacaq. Bu günə qədər qəbul edilən əksər qanunlar kağız üzərində qalıb. Biz bunu dəfələrlə təcrübədə müşahidə etmişik. Nə qədər ki, məmur oliqarxiyası özəl sektora əl uzadır, özlərinə yaxın şirkətlərə “yaşıl işıq” yandırırlar, o zamana qədər dövlət satınlmaları zamanı sağlam rəqabətdən danışmaq mənasızdır”, - deyə müsahibimiz söyləyib.

Onun dediyinə görə, problemin aradan qaldırılması üçün kompleks addımlar atılmalıdır: “Problemlərin səbəbini aradan qaldırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, yüksək çinli məmurların və dövlət qurumlarında işləyənlərin əmlak və gəlir deklarasiyası təmin olunmalıdır”.

“Təsəvvür edin ki, təkcə ordunun və dövlət müəssisələrinin ərzaq təminatı üçün ildə 700-800 milyon manat vəsait xərclənir. Bəzən biz görürük ki, yerli kartofu deyil, xarici kartofu alırlar. Həm də baha qiymətə… Nəticə etibarilə də korrupsiya, rüşvətxorluq çiçəklənir. Dövlət vəsaitləri də səmərəsiz xərclənir”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.//dia.az

Oxunub: 239

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər