Bakı təhsil idarəsinin 139 saylı dərdi... - İTTİHAM VAR!

dogruxeber.tv: - Tam məsuliyyətlə demək olar ki, hər bir millətin gələcəyi körpələr evində, uşaq bağçalarında formalaşır. Körpələr uşaq bağçalarında onlara qarşı amansız olan dayələrdən qəddarlıq, rüşvət alan müəllimlərdən rüşvətxorluq, onların qidasını oğurlayıb evinə daşıyan müdirlərdən oğurluq və s öyrənirlər. Və beləcə millətin gələcəyi olan uşaqlar lap erkən yaşlarında neqativ əməlləri görürlər. Ölkə mediasında hər gün uşaq bağçalarında uşağın yıxılıb xəsarət alması, dayə tərəfindən döyülməsi haqqında xəbərlər yazılır.

Biz hələ dövlətə məxsus uşaq bağçalarına qəbul zamanı rüşvət hallarının baş alıb getməsindən, dövlət vəsaiti hesabına körpələrə ayrılan ərzaq və qida məhsullarının satılmasından danışmırıq. Körpələrə verilən və içərisində vermişeldən başqa heç nə olmayan su yıxantısını yeyən uşağın sağlamlığı necə ola bilər..?

Ona görə də mütləq ən azı Bakı şəhərindəki uşaq evlərində, bağçalarda dövlət tərəfindən ciddi yoxlama, monitorinq keçirilməlidir. Və baş verən qanunsuzlqulara, hətta cinayət əməllərinə son qoyulmalıdır.

Biz bir media olaraq dəfələrlə yazmışıq ki, müxtəlif bağçalarda verilən ərzaqlar uşaqlara tam olaraq çatdırılmır. Yeməklər keyfiyyətsiz ərzaqlardan bişirilir. Bu səbəbdən uşaqlar belə xörəkləri yeməkdən imtina edirlər. Nəticədə uşaqlar yarıac qalırlar. Bu da azyaşlıların sağlamlığına ziyandır. Görəsən, nə üçün möhtəbər komissiya, həkimlər uşaqlar üçün qida rasioni hazırlamır. Yoxsa, hər uşaq bağçası özü bildiyi kimi qidaları uşaqlara verir. Biz hələ uşaq bağçalarındakı ilkin tədrisin çox aşağı olmasından danışmırıq.

Birincisi, müəllimələrin, hətta bağça müdirlərinin təhsili, dünyagörüşü çox aşağıdır. Belə olan halda bu şəxslər uşaqlara nə öyrədə bilərlər..?
Uşaq bağçalarında gigiyenik normalara da riayət olunmur. Hələ bu haarsıdır..? Allah qoymasa, uşaq bağçaları da korrupsiya poliqonuna çevrilib. Bu uşaq bağçalarının reklamına baxanda adam az qala hayıl-mayıl olur. Amma...

Sözün qısası, uşaqlarımızın gələcəyini təhlükə altına qoyan uşaq bağçalarından biri də Bakının Nəsimi rayonu, Vaqif pr. 5 ünvanda fəaliyyət göstərən 139 saylı körpələr evi - uşaq bağçasıdır. Bağçanın müdirəsi Fərəcova Aytən Yusif qızıdır.

İndi gəlin 139 saylı uşaq bağçasının reklamına nəzər salaq: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır.

Bunu oxuyanda adam istəyir desin ki, avazın yaxşı gəlir, Aytən xanım, amma... Bəli, Aytən Fərəcovanı tanıyanlar yaxşı bilir ki, çox savadsız və dünyagörüşü dar olan bu xanım belə bir kollektivə rəhbərlik edə bilməz. Bağçanın müdirəsi olan Aytən Fərəcova elementar proqram hazırlamağı bilmir. Aytən Fərəcovanın bildiyi bir iş varsa, o da valideynlərdən pul tələb etməkdir. Bir də... Yazının girişində əbəs yerə korrupsiya məsələsini qabartmadıq. Aytən Fərəcovanın kollektivində xeyli sayda “ölü canlar” var. Onların maaşlarının kimin cibinə getdiyi də hamıya bəllidir.
Bununla kifayətlənməyən Aytən Fərəcova tez-tez dayələri, mühafizəçiləri işdən uzaqlaşdırıb, yenilərini axtarır. Və yeni dayələrdən, mühafizəçilərdən nə isə alaraq onları işə qəbul edir. Bir sözlə, Aytən Fərəcovanın “karusel”i dayanmadan işləyir və nə isə gətirir.
Görəsən, belə əməllərin sahibi olan, üstəlik savadsız Aytən Fərəcova necə bağça rəhbəri ola bilib..?
Bəs bütün bunlar ortada olduğu halda Bakı Şəhər Təhsil İdarəsi hara baxır..? //gundelik-baku.com//

Oxunub: 473

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər