gundem / Təhsil / Mədəniyyət
30.05.2023
Elxan Qasımov dəfn edildi
Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dəfn edilib.
"dogruxeber.tv" xəbər verir ki, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn edilib.
Mərasimdə mərhumun sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.



