Lerikdə torpaq qalmaqalı – Məhkəmə qətnaməsi niyə icra edilmir?

dogruxeber.tv: - Lerik rayon Hoveri kənd sakini Mirəli Salmanov yerli məhkəməni, həmçinin icra və probasiya şöbəsini ittiham edir.

Mirəli Salmanov Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Lerik Rayon Avtovağzalında 56 kv.metrlik torpaq sahəsi olub.

"Barzavu kənd sakini Müctəba Qəmbərov mənə məxsus torpaq sahəsinin 36 kv.metrini zəbt etmişdi. Bununla bağlı Lerik Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qətnamə çıxardı. Qarşı tərəf apelyasiya şikayəti verdi. Şirvan Apelyasiya Məhkəməsi isə birinci instansiyanın qətnaməsini qüvvədə saxlayaraq icraya yönəltdi. Qətnaməyə görə, Müctəba Qəmbərov zəbt elədiyi ərazini boşaltmalı idi. Lakin Lerik Rayon İcra və Probasiya şöbəsi qətnaməni icra etmir”, - şikayətçi bildirib.

Onun iddiasına görə, bu məsələdə icra və probasiya şöbəsi Lerik Rayon Məhkəməsi ilə əlbirdir:

"Onlar müəyyən şərtlər müqabilində Müctəba Qəmbərovla anlaşıblar. Bu baxımdan, qətnaməni icra etmək istəmirlər. Bu azmış kimi məni həbslə hədələyirlər. Deyirlər ki, bir də məhkəmə binasına yaxınlaşsan, səni həbs etdirəcəyik”.

Qaynarinfo Mirəli Salmanovun iddiaları ilə bağlı Lerik Rayon İcra və Probasiya şöbəsi ilə əlaqə saxlayıb. Dilqəm adlı icra məmuru isə bizi Ədliyyə Nazirliyinə yönəldib. "Ədliyyə Nazirliyinin razılığı olmadan açıqlamadan verə bilərik. Onlarla danışın, razılıq versinlər, sonra biz də açıqlama verək”, - deyə icra məmuru bildirib.

Ədliyyə Nazirliyindən isə cavab ala bilmədik.

Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovdur. 2020-ci ildə Məhkəmə-Hüquq Şurasının iclasında ona töhmət verilməsi barədə qərar qəbul olunub.//dia.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər