Azərbaycan vətəndaşları üçün TƏHLÜKƏ - İran yeni məkrli metodlara əl atır

dogruxeber.tv: - Molla rejimi Azərbaycana qarşı qərəzli və məkrli siyasətinə davam edir. Azərbaycanlı tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması bu rejimin mahiyyətini bir daha ortaya qoydu.

Öncə məlumat üçün qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 26 yaşlı Fərid Səfərli bu il fevralın 20-də sevgilisini görmək üçün Tehrana səfər edib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Martın 4-dən etibarən onun telefonu sönüb.

Məsələ ilə bağlı Azərbaycan dövləti zamanında hərəkətə keçib və Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

İran isə öz məkrli siyasəti naminə susub və 3 ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb.

Lakin təbii ki, Azərbaycan tərəfindən müraciətlərə son qoyulmayıb və Rəsmi Tehran məsələ ilə bağlı cavab verməyə məcbur edilib. Nəhayət, 3 ay sonra İran Fərid Səfərlinin İranda “casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.

Eyni zamanda İran tərəfi iyunun 1-də Fərid Səfərlinin anası Dilarə Əsgərovaya oğlunun “casusluqda ittiham edilərək” həbs olunduğunu bildirib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qohumlarının onunla danışması və görüşməsi üçün İranın uyğun qurumlarına müraciət edib. İran tərəfi isə bunlara heç bir reaksiya verməyib. Yalnız 3 ay sonra məlumat yayıb ki, guya Fərid Səfərli casusdur və həbs olunub.

Heç şübhəsiz ki, bu müddət ərzində onlar Fərid Səfərliyə qarşı işgəncələr veriblər, onun simasının həmin vəziyyətdə görünməsini istəməyib, Fəridi itkin kimi təqdim ediblər. Bu, İranın illərdir təkrarlanan və dəyişməz çirkin oyunlarından biridir. Ümumiyyətlə, zaman göstərir ki, molla rejimi İrana səyahət edən xarici ölkə vətəndaşlarını dərhal nəzarətə alır.

Onların xüsusi xidmət orqanları fürsət güdürlər ki, həmin şəxsləri agentlərinə çevirsinlər. Bu plan baş tutmadıqda isə müxtəlif ittihamlarla şəxsi həbs etməyə çalışırlar.

Oxşar hadisələr ABŞ, Böyük Britaniya, Kanada, Fransa və başqa ölkələrin vətəndaşlarının da başına gəlib.

2008-ci ildə azərbaycanlı alim Rəşid Əliyevi də İran tərəfi belə şantaj edib bir müddət həbsdə saxlamışdı.

Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə İsmayılova və onun sürücüsü Şamxal Hüseynov da 2013-cü il aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT tərəfindən qondarma casus ittihamı ilə saxlanılmışdı. Ancaq həmin zaman da İran tərəfi heç bir fakt ortaya qoya bilməmişdi. Bu şəxslərin kimə casusluq etmələri, hansı planları olduğunu yaya bilməmişdilər. Çünki ittihamları əsassız, dedikləri ağ yalan idi.

Molla rejimi öz vətəndaşının hüququnu necə pozursa, beynəlxalq normaları da elə tapdalayır. Artıq bu rejim həm öz vətəndaşları, həm qonşu dövlətləri, həm də ümumən dünya üçün təhlükəyə çevrilib. Yalnız şərin yanında durur, şərə dəstək olur, müsəlman ölkəsi olsa da, müsəlmanlara problem yaradırlar.

Fəridin başına gətirilənlər də bir daha göstərdi ki, İran təhlükəli ölkədir və bu ölkəyə səfər edənlərin başına bu kimi hadisələrin gəlməsi qaçılmazdır. İran eyni zamanda dağıdıcı, terrora meylli ölkədir. Əlinə keçirdiyi başqa ölkənin vətəndaşından yalnız dağıdıcılıq, pərakəndəlik üçün istifadə edir. Bunu ötən aylarda Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları nəticəsində saxlanılan İran casuslarının nitqindən də görmək olur. Onlara ancaq və ancaq təxribatla bağlı tapşırıqlar verilib, silahdan istifadə qaydaları öyrədilib.

Bütün bunlardan uzaq olmaq üçün İrandan da uzaq qalmaq lazımdır. Odda yanmamaq üçün oda yaxınlaşmamaq əsas və sadə şərtdir...

Bundan əlavə, onu da qeyd edək ki, dünyada artıq praktika var ki, bu kimi düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərləri qadağan olunur. Bununla bağlı müxtəlif cəza tədbirləri görülür. Məsələn, dünyanın ən inkişaf etmiş ölkələri olan ABŞ və Yaponiya vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan ediblər. Əslində, İranın etdikləri Şimali Koreyanın davranışlarından heç də təhlükə baxımından aşağı səviyyəli deyil.

İran təkcə vətəndaşlarımıza qarşı bu cür davranışları ilə düşmənçiliyini ortaya qoymur, siyasi meydanda da vəziyyət oxşardır.

Son günlərdə İranın ekspertləri, keçmiş səfiri tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Molla rejimi Ermənistanın yanında yer aldığını, sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı olduğunu gizlətmir. Bu barədə ötən yazımızda da qeyd etmişdik.

Ona görə də yuxarıda qeyd etdiyimiz ABŞ, Yaponiyanın Şimali Koreyaya qarşı atdığı addım Azərbaycan tərəfindən İrana münasibətdə də atıla bilər. Çünki İran-molla rejimi atdığı addımlarla Bakıya başqa seçim imkanı buraxmır.//Musavat.com

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər