gundem / Cəmiyyət
3.06.2023, 15:45
Vilayət Eyvazov Zaqatalaya yeni mühafizə rəisi göndərdi - ƏMR
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
"dogruxeber.tv"ın Lent.az-a istinadən əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Şaiq Məmmədov Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Zaqatala rayonlararası mühafizə bölməsinin rəisi təyin olunub.


