Tovuzda başçıya söykənən daha bir `YEMƏLİ` proses... - Bu faktlar ARAŞDIRILARSA...

dogruxeber.tv: - Tovuz rayonunda mərkəzi yollar yararlı olsa da, kənd yolları və məhəlli yollar bərbad vəziyyətdədir. Rayon sakinləri payız-qış aylarında yararsız yolların üzünüdən min bir əziyyətə qatlaşmalı olur.

Tovuz Azərbaycanın böyük rayonlarından biridir. Rayonun sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət büdcəsindən də kifayət qədər vəsait ayrılır.
Ayrıca yolların əsaslı təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti vaxtaşırı tender elan edir.

Bu tenderlərin qalibi əsasən “Göygöl Tikinti” MMC, “Ərdağı” MMC olur.

Reportyor.info-nun apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə 2023-cü ildə “Göygöl Tikinti” MMC icra hakimiyyətinin keçirdiyi 5 tenderin qalibi olub və bir gündə şirkətlə 5 müqavilə imzalanıb.

Maraqlıdır ki, imzlanan müqavilələrin hamısında yolların əsaslı təmiri nəzərdə tutulub. Müqavilələrin toplam maliyyə dəyəri isə 305 517.98 AZN təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzışqlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.

Maraqlıdır ki, şirkət yarandığı qısa müddət ərzində satınalma müsabiqələrində fəal iştirak edib və yuxarıda qeyd etdiyimiz kimi əsasən Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi seçilib.

Bu isə icra hakimiyyəti ilə şirkət arasında hansısa mübhəm sövdələşmə barədə şübhələr yaradır.
“Ərdağı” MMC-yə gəlincə, bu şirkət 2022-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi iki iriməbləğli tenderin qalibi olub. Bunlardan biri Tovuz rayonunda yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsi olub ki, tərəflər arasında bağlanan müqavilənin maliyyə dəyəri 529.971,69 AZN təşkil edib.
Digər tender isə Tovuz şəhəri və Bozalqanlı kəndində yolların əsaslı təmiri ilə bağlı olub. Bu lot üzrə icra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 248.501,33 AZN təşkil edən müqavilə bağlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. “Ərdağı” MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.

Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə məxsusdur.
“Ərdağı” MMC ilə bağlı araşdırma apararkən o da aydın olub ki, artıq şirkətin adı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda çıxmır. Görünür, sözügedən MMC-nin tender oyunlarında iştirakı barədə mediada yer alan məlumatlar şirkətin sahibi, yaxud sahiblərini narahat edib.

Yeri gəlmişkən, 2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Ərdağı” MMC arasında maliyyə dəyəri 1 997 796,43 AZN təşkil edən müqavilə imzalanıb. Amma dövlət satınalmalarının internet portalında qalibin adı gizlədilib. Hələ o zaman media bu faktı əsas gətirərək “Ərdağı” MMC-nin şübhəli şirkət olduğunu yazırdı.
Göründüyü kimi bir il ərzində Tovuzun yollarına 2 milyon manata yaxın pul “səpilib”. Rayon sakinləri isə deyir ki, yollar heç də təmirdən çıxmış yollara oxşamır.
Görünür, şübhəli şirkətlərlə bağlanan müqavilələr başqa məqsəd daşıyır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildən bu vəzifəni daşıyır. //Reportyor.info//

Son xəbərlər

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Bütün xəbərlər