gundem / idman / maraqli / Cəmiyyət
13.06.2023
Bütün bəşəriyyətin mənşəyi də o ölkədədir. - FOTO
"dogruxeber.tv" haberglobal-a istinadən bildirir ki, tədqiqatçılar indiyə qədər ən böyük insan nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.
Yeni bir araşdırma elm dünyasının hələ də maraq dairəsində olan bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır.
Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxardılar və səkkiz müxtəlif məlumat bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək, tədqiqatçılar nəhəng bir ailə ağacı yarada bildilər.
Tədqiqatın aparıcı müəllifi Dr Enthony Wilder Wohns dedi: “Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik” deyə izah edib.
Dr Wohns Reuters-ə araşdırma haqqında dedi: “Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alınıb”.
dogruxeber.tv
Jalə Asiman


