gundem / dunya
16.06.2023
Afrikadan olan nümayəndə heyəti Rusiyanın hücumu zamanı bomba sığınacağından istifadə edib - Reuters
Afrika ölkələrinin liderlərindən ibarət nümayəndə heyəti iyunun 16-da günorta saatlarında Rusiyanın Kiyev bölgəsinə raket hücumu zamanı bomba sığınacağından istifadə edib.
"dogruxeber.tv" Routers-ə istinadən bildirir ki, Agentliyin jurnalistləri partlayış səsləri eşidib və havada iki raketdən tüstü izi görüblər. Reuters komandası Afrika liderlərinin maşın karvanı ilə Kiyevə necə gəldiyini və onun bomba sığınacağından istifadə etmək üçün otelə necə daxil olduqlarını da görüb.
Cənubi Afrika, Misir, Seneqal, Uqanda, Zambiya və Konqo Respublikasının liderləri Rusiyanın Ukraynaya təcavüzündən sonra sülhün bərqərar olması məqsədi ilə sülhməramlı missiya ilə Kiyevdədir . Təklif oluna biləcək tədbirlər arasında: Rusiya qoşunlarının çıxarılması, Belarusdan taktiki nüvə silahlarının çıxarılması, Putinin həbsinə dair BCM-nin orderinin dayandırılması və anti-Rusiya sanksiyalarının yumşaldılması. Onlar həmçinin Afrikanın çox maraqlı olduğu “taxıl və gübrələr üzrə qeyd-şərtsiz razılaşma” istəyirlər.
Afrika liderlərinin səfəri zamanı Rusiya Ukraynaya, o cümlədən Kiyevə “Xəncər”, “Kalibr” raketləri və pilotsuz təyyarələrlə hücum edib.
İlkin məlumata görə, hücum zamanı Ukraynanın hava hücumundan müdafiəsi 12 raketi məhv edib. KMVA-nın rəhbəri Serhii Popko bildirib ki, bu hədəflər Kiyev ətrafındakı hava məkanında vurulub.
dogruxeber.tv
Rəna Gözəlova



