gundem / dunya
20.06.2023
Serblər Kosovo sərhəd-keçid məntəqələrini bağlayırlar
Serb nümayişçilər barrikadalar quraraq Kosovo ilə Serbiya arasında ən böyük keçid məntəqəsi olan Merdare, Jarinje və Brnjak sərhəd qapılarını bağlayıblar.
"dogruxeber.tv" hurriyet.tr-yə istinadən bildirir ki, Serbiya və Kosovo arasında gərginlik günlərdir artmaqdadır. Keçən həftə 3 Kosovo polisinin Serbiya polisi tərəfindən saxlanılmasından sonra Kosovonun baş naziri Albin Kurti Serb məhsullarının Kosovoya daxil olmasını qadağan edib. Ötən gecə serb nümayişçilər Kosovo ilə Serbiyanı birləşdirən Merdare, Jarinje və Brnjak sərhəd qapılarını barrikadalarla bağlayıblar.
Kosovo Xarici İşlər Nazirliyindən verilən açıqlamada, şimal bölgələrində davam edən serblərin etirazları səbəbindən avtobus, yük maşınları və minik avtomobillərinin 3 sərhəd qapısından keçməsinin təhlükəsiz olmadığı bildirilib. Nazirlik ictimaiyyətə Kosovonun şimalındakı digər iki sərhəd məntəqəsi olan Mutivode və Dheu i Bardh keçidlərindən istifadə etməyi və onların Şimali Makedoniya ərazisindən tranzitini təmin etməyi tövsiyə edib.
dogruxeber.tv
Asiman Əsədsoy


