Cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı dəyişiklik

Milli Məclisin bu gün keçirilən iclasında “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

"DogruXeeber.az" xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikasının və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol (Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə) 2022-ci il 11 oktyabr tarixli 599-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Dördüncü Əlavə Protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilib, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə yeni bənd əlavə edilib, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulub.

Bundan başqa, Dördüncü Əlavə Protokolla təsdiq edilmiş bəyanata əsasən ekstradisiya məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.

Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir. Dəyişikliyə görə, həmin səlahiyyətlərin Azərbaycan Respublikasının səlahiyyətli orqanına və müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur.

Bildirək ki, hazırda dəyişiklik edilməsi təklif olunan 4.2-ci, 5.1-ci, 5.3-cü, 6.2-ci, 6.3-cü, 8.3-cü, 10.2-ci, 13.1-ci, 13.2-ci, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü, 16.5.1-ci, 18.1-ci və 18.2-ci maddələrin redaksiyasında “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 499 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məxsusdur.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər