gundem / siyaset / dunya
23.06.2023
İran və BƏƏ hava nəqliyyatı sazişi imzalayıb
"dogruxeber.tv" İrna-ya istinadən xəbər verir ki, iyun 23-də İran və Birləşmiş Ərəb Əmirlikləri arasında hava nəqliyyatı müqaviləsi imzalanıb.
Əmirlik mediasının məlumatına görə, sazişi ötən gün Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi Baxş və BƏƏ-nin Mülki Aviasiya Administrasiyasının baş direktoru Məhəmməd Əl Suveydi imzalayıb.
Müqavilə İran və BƏƏ arasında hava əlaqəsini gücləndirmək, hava səyahəti xidmətlərini genişləndirmək, biznes və turizm imkanlarını artırmaq məqsədi daşıyır.
Əl Suwaidi Əmirlik mediasına bildirib ki, razılaşma uçuşların təşkilində mühüm addımdır və iki ölkənin nəqliyyat şirkətlərinə fayda verəcək şəkildə hava nəqliyyatı xidmətlərinin genişləndirilməsinə yol açır.
dogruxeber.tv
Rəna Gözəlova



