Türkiyəni gözləyən ən böyük təhlükə

Almaniyada yerləşən Maks Plank İnstitutunun elmi jurnalı "Review of Geophysics"də dərc olunan araşdırma Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya qoydu.

Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bu bölgə iqlim dəyişikliyinin mərkəzi kimi təsvir edilir və temperatur artım sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğu vurğulanır.

Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi böhranlarla üzləşəcəyinə diqqət çəkilir.

Proqnozlara görə, bu əsrin sonuna kimi regionda temperaturun 5 dərəcəyə qədər yüksələcəyi, xüsusilə yay aylarında görünməmiş yüksək temperaturun olacağı gözlənilir.

"dogruxeber.tv"ın məlumatına görə, "Reviews of Geophysics"də dərc olunan araşdırmada, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin ciddi iqlim böhranı ilə üzləşəcəyi bildirilir. Hesabatda bölgənin iqlim dəyişikliyi mərkəzi olaraq təyin olunduğuna və bölgədəki temperatur artım sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğuna diqqət çəkilir.

Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgədə ciddi su və qida böhranı yaranacaq, bütün iqtisadi sektorlar bu böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Su səviyyəsinin artması ilə bir çox sahilyanı ərazilər və əkinçilik sahələri yox olmaq təhlükəsi ilə üzləşəcək.

Hesabatda iqlim böhranından Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı kimi ölkələrin də təsirlənəcəyi bildirilir. Siyasi böhranların və qarşıdurmaların yaşandığı bu bölgədə iqlim böhranı ilə mübarizə üçün ölkələrin bir araya gəlməsinin çətin olduğu da vurğulanır.

dogruxeber.tv
Fatimə Kamalqızı

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər