İsveç NATO-ya üzv olmaq müqabilində Türkiyəyə Aİ-də yaxınlaşmada kömək edəcək

İsveçin Şimali Atlantika Alyansına mümkün qədər tez daxil olmasına dair Türkiyə ilə razılaşma çərçivəsində Stokholm Ankaraya Avropa İttifaqı ilə yaxınlaşmada yardım göstərəcək.

"dogruxeber.tv" "European Pravda"ya istinadən xəbər verir ki, bunu ötən gün brifinqdə NATO-nun baş katibi Yens Stoltenberq deyib .

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə üçtərəfli görüşdə iştirak edən Stoltenberq Ankaranın İsveçin üzvlük protokolunu “mümkün qədər tez” ratifikasiya etmək qərarını açıqlayıb.

Alyansın baş katibi əlavə edib: "İsveç bu gün Aİ üzvü kimi Türkiyənin Aİ-yə üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləmək, Türkiyə ilə Aİ-nin gömrük ittifaqının modernləşdirilməsinə və viza rejiminin liberallaşdırılmasına kömək etməkdir".

O, NATO-nun Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərə qarışmadığını, lakin İsveçin Aİ üzvü kimi bu münasibətlərə töhfə verə biləcəyini vurğulayıb və iki dövlət arasında razılaşmanı alqışlayır.

Qeyd edək ki, üçtərəfli görüşün yekunlarına dair mətbuata verilən açıqlamada həmçinin İsveç və Türkiyənin Birgə İsveç-Türkiyə İqtisadi və Ticarət Komitəsi vasitəsilə iqtisadi əməkdaşlığı gücləndirmək və ikitərəfli ticarət və investisiyaların artırılması imkanlarını maksimum dərəcədə artırmaq barədə razılığa gəldiyi bildirilib.

Bundan əvvəl NATO-nun baş katibi bildirib ki, Türkiyə İsveçin Şimali Atlantika Alyansına daxil olmasına “mümkün qədər tez” razılıq verib. Beləliklə, İsveç tezliklə NATO-nun 32-ci üzvü olmalıdır.

Xatırladaq ki, bazar ertəsi Ərdoğan Avropa İttifaqının ölkəsinin üzünə qapılarını açacağı təqdirdə İsveçin NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bildirmişdi.

Türkiyə 1964-cü ilə qədər davam edən Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar prosesinə malikdir. 2016-cı ildən üzvlüklə bağlı danışıqlar dalana dirənib.

dogruxeber.tv
Elnur Zəngəzurlu

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər