gundem / iqtisadiyyat / sosial / dunya
21.07.2023
Ərzaq qiymətlərinin artımı uzunmüddətli rekord qırıb
2023-cü ilin iyun ayına olan məlumata görə, Estoniyada ərzaq səbəti keçən ilin eyni dövrü ilə müqayisədə 22,3% bahadır.
"dogruxeber.tv" bildirir ki, bu barədə Postimees Estoniya İqtisadiyyat İnstitutunun (EKI) məlumatlarına istinadən yazır.
EKI-nin məlumatına görə, bu, 1992-ci ildən bəri ən bahalı iyun ərzaq səbətidir. Belə ki, iyun ayında ərzaq səbətinin dəyəri (bir həftəlik ehtiyacdan hesablanmış) 117,28 avro təşkil edib ki, bu da 2022-ci ilin iyun ayı göstəricisini 21,35 avro üstələyir. Demək olar ki, istehlak səbətində olan bütün mallar bahalaşıb, yalnız kartofun qiyməti bir qədər ucuzlaşıb. Xüsusilə şəkər, balıq, un məmulatları, tərəvəz və almanın qiymətləri xeyli bahalaşıb.
Nəşr qeyd edib ki, ölkədə orta əmək haqqını 1400 avro götürsək, qazancın üçdə biri ayda yeməyə xərclənir. Bir şəxs minimum sabit gəliri 670 avro qazanırsa, o zaman bütün pullar yeməyə gedəcək.
EKI-nin məlumatına görə, Estoniyada mövcud vəziyyət yerli sakinlərin rifahına mənfi təsir göstərir. Bundan əlavə, estoniyalılar arasında inam hissi ən aşağı həddə çatıb və ailələrin iqtisadi vəziyyəti ilə bağlı proqnozlar bədbindir.
dogruxeber.tv
Kamal Əsgərov


