gundem / dunya
26.07.2023
Rusiya səsdən sürətli sərnişin təyyarəsi inşa edəcək
"dogruxeber.tv" İxbt.com-a istinadən xəbər verir ki, Rusiya adi sərnişin təyyarələrindən iki dəfə sürətli uçan və "Strij" (rusca "Стриж ") adlanacaq səsdən sürətli sərnişin təyyarəsi hazırlamağı planlaşdırır .
Yeni təyyarə (yəni nümayiş variantı deyil, istehsal versiyası) təyyarənin arxasında və üstündə yerləşəcək bir cüt güclü mühərrik əldə edəcək.
Təyyarə metal kompozitdən hazırlanacaq və aerodinamikanın xüsusi strukturuna görə səsin aşağı səviyyədə təsirinə malik olacaq.
Təyyarənin sərnişin tutumu 20-25 nəfər olacaq. Maksimum sərnişin sayı ilə o, 1900 km/saat sürətlə 11 000 km-ə qədər məsafəni uça biləcək.
Saytın məlumatına görə, yeni təyyarənin böyük ehtimalla pilotu olmayacaq və biznes-jet kimi hazırlanır.
Layihə professor N.E.Jukovski (TsAGI) adına Mərkəzi Aero-Hidrodinamik İnstitutu tərəfindən hazırlanmışdır.
dogruxeber.tv
Kamal Əsgərov


