gundem / dunya
31.07.2023, 18:15
İran Suriyada avtomobil zavodu açacaq
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Suriyada avtomobil zavodunun istehsal xəttinin işə salınacağını bildirib.
Bəzrpaş bunu bu gün Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samer əl-Xəlilin həmsədri olduğu İran və Suriyanın Birgə İqtisadi Komissiyasında çıxışı zamanı deyib.
"dogruxeber.tv" irna- ya istinadən bildirir ki, sığorta sahəsində böyük irəliləyiş əldə olunduğunu deyən Bəzrpaş iranlı ziyarətçilərə, səyahətçilərə və şirkətlərə xidmət göstərmək üçün ortaq şirkət yaradılacağını da əlavə edib.
İranın yol və şəhərsalma naziri iki ölkənin müştərək bank fəaliyyəti ilə bağlı deyib: İran Mərkəzi Bankı yaxın bir neçə həftə ərzində İran tərəfinə lazımi lisenziyanı verəcək və fəaliyyətə başlayacaq.
Suriyanın ticarət və rabitə nazirlərindən ibarət nümayəndə heyəti prezident İbrahim Rəisinin Dəməşqə səfəri zamanı imzalanan razılaşmaları təqib etmək üçün Tehrandadır.
dogruxeber.tv
Rəna Gözəlova



