gundem / hadise / dunya
1.08.2023, 16:00
Güclü şimşək Yaponiyanın Haneda hava limanında bütün uçuşları dayandırıb
Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin Tokio Hava Limanı İdarəsindən verilən məlumata görə, Haneda hava limanında bütün daxili və beynəlxalq reyslər çərşənbə axşamı ildırım səbəbindən müvəqqəti olaraq dayandırılıb.
"dogruxeber.tv" japannews-a istinadən bildirir ki, təxminən saat 12:15-dən etibarən uçuşlar dayandırılıb, lakin indi tədricən bərpa olunur.
Gələn reyslər də bu hadisədən təsirlənib.
dogruxeber.tv
Fatimə Kamalqızı



