gundem / sosial / Cəmiyyət
30.08.2023, 18:45
Sahil Babayevdən yeni təyinat - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin edilib.
"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Hüseynzadə Həmid Vəli oğlu qurumun İdarə Heyətinin sədri Anar Bayramovun müşaviri təyin olunub.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Həmid Hüseynzadə bundan əvvəl "SR Group Holdinq"də İT Departament Direktoru vəzifəsində çalışıb.


