Hakim kürsüsünə gedən  "ASAN"  yol - Hələ çox şeylər görəcəyik...

Ötən həftə Medianın İnkişafı (əleyhinə) Agentliyi ilə "dogruxeber.tv" MMC arasında davam edən məhkəmə çəkişmələri barəsində məlumat vermişdik. Və 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Orxan Həsənovun 6 aydan sonra, nəhayət qərar qəbul etmək məcburiyyətində qaldığı üçün, güya müşavirədən sonra qərar verəcəyi bəhanəsilə bizi evimizə göndərib, arxamca tərəfimizdən qaldırılan iddianın təmin edilməməsi barədə qərar qəbul etdiyini də diqqətinizə çatdırmışdıq.

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

6 ayda hərəsi elə-belə hal-əhval tutmağa sərf edilən vaxt daxil olmaqla ümumilikdə 15-20 dəqiqə keçirilən və 4 dəfə təşkil olunan məhkəmə proseslərinə "bu baxış məhkəməsi idi" deyib, bizi yola verən gənc oğlanın barəsində ətraflı araşdırmalar aparmağı özümüzə borc bildik.

Hakim kürsüsündə oturan və hər kəlməsindən, hər davranışından təcrübəsizliyi diqqət çəkən bu gənc oğlan Orxan Həsənovun o kürsüyə oturdulmasının hələ 3 ili belə tamam olmayıb. Amma, gəl sən müstəqil mediada onun barəsindəki şikayətlərin sayına bax...

Maraqlıdır ki, yazılan məlumatların hamısında birinci növbədə müəllif də, şikayətçi də Orxan Həsənovun təcrübəsizliyindən gileylənir. Amma, maraqlıdır ki, bu təcrübəsiz gəncin verdiyi qərarların heç biri sıravi vətəndaşın, hətta müharibə əlilinin belə xeyrinə olmayıb.

Bu isə onu deməyə əsas verir ki, hakim kürsüsündə oturdulan bu gəncin "pultu başqa əllərdədir".

Onun, hardan-hara gəldiyinə nəzər saldıqda, təcrübəsiz olmasını"təbii qəbul etmək " olar, amma bu adam, görünür təcrübə yığmaq üçün heç cəhd də eləməyib.

Halbuki, iki il yarım müddətində hətta , "tutuquşuna şeir öyrətmək" belə olardı.

Əlqərəz...

Asan xidmətdən birbaşa hakim kürsüsünə "sehirli keçid"in özü də onun barəsində müəyyən şübhələr doğurur.

Hakim kürsüsündə əyləşən Orxan Həsənovun barəsində internet üzərində heç bir məlumat - hətta, vikipediyası belə yoxdur.

Bəs bizim hüquqlarımızı bərpa etmək həvalə edilən bu adamın təhsili nədir?

Dövlətin o boyda məsuliyyətli vəzifəsini daşıyan bu gənc hərbi xidmətdə olubmu?
Olubsa harda necə qulluq edib?

2020-ildə elan edilən hərbi səfərbərliyə "yaşı düşmürdümü"?

Ümumiyyətlə, internet üzərindən Orxan Həsənov yazanda, başdan birinci Vikipediyası çıxan, canı ilə vətənə borc ödəyən şəhid Orxan Həsənov kimi, o da vətən borcunu veribmi?

Dəyərli izləyicilərimiz, biz bu mövzulara elə-belə toxunmadıq.
Çox maraqlı məlumatların izi ilə araşdırmalarımızi davam etdiririk.

Bizi izləyin və siz də xəbərdar olun ki, hüquqlarımızı bərpa etmək üçün təsis edilən o, vəzifəyə - hakim kürsüsünə kimlər, kimin "əzizləri", hansı yollarla əyləşdirilir.

Ümumiyyətlə, "dogruxeber.tv" informasiya portalı, xalq olaraq taleyimizla "cilingağac oynayan" məmurların tanımadığınız tərəflərini tanıtmaq üçün bir yola çıxdı...

Diqqətiniz bizdə olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər