“Nar” beynəlxalq mükafata LAYİQ GÖRÜLDÜ

“Nar”ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

"dogruxeber.tv" xəbər verir ki, “Nar”ın mükafata layiq görülən layihəsi – “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” 30 mindən çox nitq və eşitmə məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır. Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləri toplanıb. Jestdili.az resursundan istifadə etməklə nitq və eşitmə məhudiyyətli şəxslər və onların yaxınları heç yerə getmədən və müəllim olmadan, onlayn qaydada jest dilini öyrənə bilir.

Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. “Nar” ilə yanaşı, qaliblər arasında Türk Telecom, Shell, Toyota, SOCAR Türkiye, Hyundai, MasterCard kimi dünya miqyaslı şirkətlərin layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. “Nar” yüzlərlə şirkətlərin içərisindən qalib seçilərək bu mükafata layiq görülən ilk Azərbaycan şirkəti oldu.

“Nar”ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkət tərəfindən qazanılmasından qürur duyduğunu bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağımız baxımından xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi bizim doğru yolda olduğumuzu göstərir.”

Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA, International Public Relations Assosication) 1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib. Assosasiya 1983-cü ildən BMT və alt qurumları ilə sıx əməkdaşlıq edir və layihələri qiymətləndirərkən BMT-nin Davamlı İnkişaf Hədəflərini də (SDG – Sustainable Development Goals) əsas götürür.

“Nar” BMT Qlobal Sazişinə qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strategiyasını bu hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi də BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata keçirilib. Layihə “Karlara Dəstək” və “Regional İnkişaf” ictimai birlikləri ilə tərəfdaşlıq nəticəsində ərsəyə gəlib.

“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

Bütün xəbərlər