Azərkosmos Ümumdünya Kosmos Həftəsinə hazırlaşır

Azərkosmosun təşkilatçılığı ilə artıq ikinci ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçirilir. Gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək və innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin təşkili planlaşdırılır.

"dogruxeber.tv" xəbər verir ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə  2000-ci ildən 4-10 oktyabrda qeyd olunur. 4 oktyabr (1957) Yerin ilk süni peyki “Sputnik-1”in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqavilənin imzalandığı tarixdir. 

Builki Kosmos Həftəsinin özəlliyi odur ki, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edir. Buna görə Bakı konqresinə gələn qonaqlar ölkədə təşkil olunan tədbirlərdə fəal iştirak edəcəklər. Azərkosmos bu məqsədlə Kosmik Fond, Ümumdünya Kosmos Həftəsi Assosiasiyası, İtaliya Kosmik Agentliyi, “Leanspace” şirkəti, həmçinin yerli qurum – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də universitetlərlə əməkdaşlıq edəcək. 

Kosmos Həftəsi ərzində Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə, “Pitch Deck” master-klassı, panel müzakirələri, astronavtlar və kosmik sahə mütəxəssisləri ilə görüşlər təşkil olunacaq. 

Builki Ümumdünya Kosmos Həftəsi “Kosmos və sahibkarlıq” mövzusuna həsr olunub. 

Qeyd edək ki, Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Ümumdünya Kosmos Həftəsi çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmos elminin təbliğinə dair müxtəlif tədbirlər keçirilir.

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər