Füzuli Təhsil şöbəsini kim idarə edir: Ramella Məmmədova, yoxsa əri Tofiq Hüseynov..?

dogruxeber.tv: - Füzuli rayon Təhsil Şöbəsi ilə bağlı daxil olan neqativ materiallar bitib tükənmək bilmir.
Qısa məlumat üçün qeyd edək ki, Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub.

İndi təsəvvürünüzə gətirin ki, 2 mindən artıq sayı olan pedoqoji kollektivə Ramella Şaumyan qızı rəhbərlik edir. Ramella Şaumyan qızı ilə bağlı bizim bir media olaraq heç bir şəxsi problemimiz yoxdur. Sadəcə, Ramella Şaumyan qızının Gəncə Dövlət Universitetini bitirməsi ilə bağlı diplomun saxta olub-olmadığı və diplomda Ramellanın atasının adının nə olduğu barədə dəfələrlə sual etsək də, sualımıza cavab almamışıq.

Görəsən, Ramella Şaumyan qızı niyə atasının adını gizlədir..? Biz bir media olaraq Ramella Şaumyan qızının diplomunda və nikah sənədində atasının adının ŞAUMYAN olduğunu qeyd edirik.

Əgər belə deyilsə, qoy, Ramella Şaumyan qızı sənədlərini ortaya qoysun. Əslində bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalı, Şaumyan adının necə dəyişib Şahin olmasına aydınlıq gətirməli idilər. Axı, bu cinayət əməlidir. Həm də axı, Ramella Şaumyan qızı sıradan biri deyil e, 2 min nəfərlik pedoqoji kollektivə rəhbərlik edir. Necə rəhbərlik etməsi barədə də çox yazılıb. Biz bu barədə uzun-uzadı yazmaq istəmirik.

Sözün qısası, Füzuli Təhsil şöbəsində baş verənlər, məktəbin ərazisinin mal-qara üçün örüş yerinə çevrilməsi, müəllimlərin məzuniyyət pulundan 100 manat tutulması, məktəb direktorlarından hər ay 5 min manat pul tələb edilməsi və s. barədə mediada kifayət qədər yazılıb.

Təsəvvür edirsiniz, məktəb direktorundan hər ay 5 min manat… Yazıq məktəb direktoru məcburdur ki, hər müəllimdən 30-40 manat tutsun ki, bu pulu ödəyə bilsin… Müəllim yazıq nə maaş alır ki, hər ay 30-40 manat direktora pul versin…

Problem təkcə örüş yeri ilə bitmir ee. Yəni məktəbin həyətini mal-qara üçün örüş yerinə çevirməklə məsələ bitsəydi dərd yarı idi… Ramella Şaumyan qızı öz yaxın çevrəsinə deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam. Təsəvvür edirsiniz, hər məktəb direktorundan 5 min manat.

Deməli, 70 məktəbdən ayda ( 5 min x 70 ) 350 min manat rüşvət. Bu hələ harasıdır..? Məktəblərin cari təmiri adı ilə saxta tenderlər keçirilir və Təhsil şöbəsinin müdirinə xeyli miqdarda “otkat” verilir. Burada bir STOP.

Belə ki, möhtəbər mənbədən daxil olan məlumata görə, Füzuli Təhsil Şöbəsinin tabeçiliyindəki 70-dən artıq məktəblə bağlı rüşvətin alınmasına, bölünməsi məsələsinə Ramella Şaumyan qızının həyat yoldaşı Tofiq Hüseynov rəhbərlik edir. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Tofiq Hüseynovu sorğu-sual edərək bu məsələyə aydınlıq gətirsinlər. Sonda məlumat üçün onu da qeyd edək ki, Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır.
Ramella Şaumyan qızı 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib.

Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib.
2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib.//siam.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər