Direktor müavinindən 35 min alıb, direktor təyin edəcəyinə inandırdı - Qohumu nazirin müşaviridir?

Bakıda məktəb direktoru, rektor "təyin etdirən" şəxslə bağlı məhkəmə qərar verib.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istindən məlumatına görə, təqsirləndirilən şəxs 1977-cü il təvəllüdlü Rzayev Xaspolad Fazil oğludur.

O, Elm və Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə universitet rektoru, məktəb direktoru, müəllim olmaq istəyən şəxsləri müəyyən pul müqabilində sözügedən vəzifələrə təyin etdirə biləcəyini deyib.

Təqsirləndirilən şəxs elm və təhsil nazirinin Taleh adlı köməkçisi və orada çalışan xalası oğlanları vasitəsi ilə 2003-2005-ci illər ərzində 10 nömrəli uşaq bağçasında direktor, 2006-cı ildən indiyədək isə Binəqədi rayonu 83 saylı məktəb-liseydə direktor müavini vəzifəsində işləyən Aybəniz Əliyevanı 35 min manata Nizami rayonunda yerləşən 251 saylı orta məktəbə direktor təyin etdirəcəyinə söz verib.

Direktor müavinindən 35 min alıb, direktor təyin edəcəyinə inandırdı - Qohumu nazirin müşaviridir?

O, 2021-ci ildə Mərdəkan qəsəbəsində yerləşən uşaq bağçasından yaş həddinə görə təqaüdə çıxmış və bir illik də olsa, yenidən sözügedən işə bərpa olunacağına köməklik göstərəcəyinə əmin edərək, Gülxar Məmmədovadan 9 min manat alıb.

Hər iki zərərçəkmiş şəxsin pullarını mənimsəyən Xaspolad Rzayev Aybəniz Əliyevanın və Gülxar Məmmədovanın şikayəti əsasında saxlanılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödəndiyi üçün onlar məhkəmədə Xaspolad Rzayevdən şikayətçi olmayıblar.

O da məlum olub ki, Xaspolad Rzayev 18 oktyabr 2019-cu il tarixdən 28 dekabr 2021-ci ilədək Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsində çalışıb.

Məhkəmə Xaspolad Rzayev barəsində Cinayət Məcələlsinin 29, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl - 2017-ci ildə də Xaspolad Rzayevin 1961-ci il təvəllüdlü İsmayılova Səfurə Əhliman qızı və 1960-cı il təvəllüdlü Mədətov Sübhan Niyaz oğlunu işə düzəltmək adı ilə aldadaraq, pullarını mənimsədiyinə görə saxlanılması məlum olub. Amma bu cinayət işindən yaxa qurtaran Xaspolad Rzayev müəmmalı yollarla Bakı Şəhər Təhsil İdarəsində təsərrüfat qrupunun rəisi vəzifəsinə kimi yüksələ bilib.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər