Qəzaların baş verməməsi üçün bunlara əməl edin - DYP-dən müraciət

Kiçik qəzalar zamanı etinasızlıq daha ağır qəzalara yol aça bilər.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən "dogruxeber.tv"a verilən məlumata görə, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda daha ağır faciələrə səbəb olur.

Yol-nəqliyyat hadisəsində, eləcə də avtomobil sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib. Lakin təəssüf ki, bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar.

Xatırladaq ki, sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır.

Eləcə də, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər