Sıfır bal yığan diplomlu müəllimlərin MƏSƏLƏSİ... - Növbə onları hazırlayanlara çatıb

dogruxeber.tv: - Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri də bəzi müəllimlərin istər MİQ, istərsə də sertifikasiya imtahanında kifayət qədər bal toplamaması ilə bağlıdır.

Eyni zamanda belə fikirlər səslənir ki, ali təhsil müəssisəsinin məzunu niyə yenidən MİQ imtahanında iştirak etməlidir?

Müəllimlərin imtahanlarda yetərincə bal toplamamasının əsas səbələrindən biri kimi tələbələrə ali təhsil müəssisələrində lazımi biliklərin verilməməsi göstərilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, universitet biliyi müəllim kimi fəaliyyət göstərməyə kifayət etmir. Əslində isə həmin məzunlar diplom ilə işə qəbul olmalı idilər:

“Belə anlaşılır ki, ali məktəblərdəki təhsilə güvənsizlik var. Təəssüf ki, reallıq budur”.

Bu da bir faktdır ki, beynəlxalq reytinq sıralamasında ölkəmizin ali təhsil ocaqları çox nadir hallarda yer alır. İşə qəbul zamanı imtahandan məzunu yetərincə bal toplaya bilməyən universitetlərin fəaliyyəti araşdırılmalıdırmı?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirdi ki, ali məktəblərlə bağlı sovet təhsil sistemində tələb-təklif deyilən bir prinsip olub, ölkədə nə qədər müəllimə ehtiyac olduğu öyrənilib və ona müvafiq olaraq ali məktəblərdə plan yerləri ayrılıb:

“Həmin plan yerlərinə uyğun olaraq ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilib. Yəni müəllimlərin işsizliklə bağlı problemi olmayıb. Sonralar bazar iqtisadiyyatına keçid və digər məsələlərlə bağlı təyinat sistemini yığışdırdıq. Tələb-təklif prinsipinə əməl olunmadı. Biz müstəqillik qazananda, keçid dövründə bir sıra sosial-iqtosadi sahələrdə boşluqlar əmələ gəldi. Bundan istifadə edib 70-dən artıq ali-orta ixtisas təhsili müəssisəsi yarandı ki, onlardan 30-u heç bir maddi-texniki bazaya, kadr potensialına malik olmadan müəllim yetişdirməklə məşğul oldu.

Həmin ərəfədə Müəllimləri Təkmilləşdrmə İnstitutu Müəllimlər İnstitutuna çevrildi. Bu institut da müəllimləri təkmilləşdirmək əvəzinə müəllim hazırlığı ilə məşğul olmağa başladı ki, onların da ölkədə 12 filialı yarandı. Sonra onların bir neçəsinin korrupsiya ilə bağlı fəaliyyəti dayandırıldı. Nəticədə müəllim çoxluğu əmələ gəldi. Hazırda statistika aparılsa, bizdə müəllimin sayı tələbatdan 3-4 dəfə artıqdır. Ona görə də məcburiyyət qarşısında mərkəzləşmiş qaydada işə qəbul imtahanla keçirilir.

Bu gün düzgün bir yanaşma da var ki, əgər ali məktəblər müəllim hazırlayırsa, ona diplom verirsə, yenidən onu imtahan etmək nə deməkdir? Bu, ali məktəbin professor-müəllim heyətinə qarşı hörmətsizlik, etimadsızlıqdır. Bununla belə, hazırda bu sistem davam edir. Eyni zamanda, “filan qədər müəllim MİQ imtahanından kəsildi” kimi ifadələrlə də müəllimin nüfuzuna böyük zərbə gəlir”.

O bildirib ki, strategiyada əsas hədəflərdən biri müəllim nüfuzunun qaldırılmasıdır: “Bir vaxt imtahan götürən müəllim, indi imtahan olunur. “Müəllim kəsildi” ifadəsini “müəllim müvafiq keçid balını toplamadı” ifadəsi ilə əvəz etmək olar”.

Ekspertin sözlərinə görə, neçə illərdir ki, müəllimin sertifikasiya, işə qəbul zamanı zəif nəticələri orta məktəblə əlaqələndirilir:

“Halbuki müəllimləri hazırlayan ali məktəblərdir. Hələ bir dəfə də olsun eşitməmişəm ki, ali məktəbin məsuliyyəti barədə fikir səslənsin. Hər zaman orta məktəbləri günahlandırmışıq. Müəllim yetişdirən ali məktəblər hər zaman kənarda qalıb. Bu müəssisələr dəfələrlə gündəmə gəlib. İndi Təhsildə Keyfiyyət Təminatı Agentliyi yarandıqdan sonra məsələ qaldırılıb ki, ali məktəblər akkreditasiyadan keçirilsin. Ali məktəblər niyə yoxlanılmamalıdır, niyə bu qədər diplomlu müəllim gəlib sıfır bal toplayır?

Belə çıxır ki, lazımi səviyyədə hazırlıq keçməyiblər. İndiyədək 10 ali məktəbin akkreditasiyası keçirilib və pedoqoji kadr hazırlığı ilə məşğul olan bu universitetlərin akkreditasiyası keçiriləcək. Bəzi ali məktəblərə növbəti sertifikasiyadan keçmək üçün bir il hazırlıq müddəti verilib. Ümumiyyətlə, günahkar axtarırıqsa, ya ali məktəblər zəif kadr buraxırlar, ya da imtahan edənlər məsələyə obyektiv yanaşmırlar. Başqa, üçüncü yol yoxdur. Nə vaxta qədər müəllimlə bağlı neqativ halları orta məktəblə əlaqələndirəcəyik? Artıq o vaxt çatıb ki, ali məktəblərlə də məşğul olsunlar və müəllim zəif nəticə göstərirsə, səbəbi araşdırılsın.

Metodika,yoxsa işin təşkili düzgün deyil? Akkreditasiya növbəti olaraq pedoqoji kadr hazırlığı ilə məşğul olan universitetlərdə keçiriləndə yəqin ki, o məsələlər də üzə çıxacaq, onlara da müəyyən tapşırıq və göstərişlər veriləcək. Onlar da əsaslandıracaq ki, niyə belə olub. Ümumi rəy ondan ibarətdir ki, ali məktəblərin kadr hazırlığı ilə də məşğul olmağın vaxtı gəlib çatıb”. //Cebhe.info//

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər