gundem / hadise / dunya
10.11.2023, 16:00
İsrail Qəzzada uşaq xəstəxanasını BOMBALADI
İsrail qırıcıları Qəzzadakı əl-Rentis Uşaq Xəstəxanasını bombalayıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədər məlumat yayıb.
O əlavə edib ki, hücumdan sonra xəstəxanada böyük yanğın baş verib. Hücum nəticəsində ölən və ya yaralananların dəqiq sayı barədə məlumat verilmir.



