Qlobal istiləşmənin ağır fəsadları ilə bağlı xəbərdarlıq

Tədqiqatçılar getdikcə daha çox yayılan quraqlığın milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyacağı, ağcaqanadlar vasitəsilə yoluxucu xəstəliklərin artacağı və səhiyyə sistemlərinin bu problemlərin öhdəsindən gəlmək üçün gərgin mübarizə aparacağı ilə bağlı xəbərdarlıq ediblər.

"dogruxeber.tv" xəbər verir ki, beynəlxalq ekspertlər qrupu iqlim dəyişikliyi ilə bağlı tədbirlər görülməzsə, "bəşəriyyətin sağlamlığının ciddi risk altında olduğunu" əlavə edərək, yaxın onilliklərdə həddindən artıq istilər səbəbindən təxminən beş dəfə daha çox insanın öləcəyini bildirib.

Aparıcı tədqiqatçılar və institutlar tərəfindən həyata keçirilən əsas illik iqlim qiymətləndirməsi – “The Lancet Countdown”a görə, ölümcül istilik dünyada hələ də artan qazıntı yanacağından istifadənin insan sağlamlığını təhdid etdiyi bir çox səbəblərdən yalnız biridir. Bu pessimist hesabat bəşər tarixində ən isti il olacağı gözlənilən vaxta təsadüf edir; yalnız keçən həftə Avropanın iqlim monitorinqi ötən ayın tarixdə ən isti oktyabr olduğunu bəyan edib. Bu ayın sonunda Dubayda keçiriləcək COP28 iqlim sammitində də ekspertlər qlobal istiləşmənin sağlamlığa təsirini əsaslandırmaq üçün dekabrın 3-də ilk dəfə Sağlamlıq günü təşkil edəcəklər.

Qlobal fəaliyyət üçün artan çağırışlara baxmayaraq, enerji ilə bağlı karbon emissiyaları keçən il yeni yüksək səviyyəyə çatıb. “The Lancet Countdown” hesabatında qazıntı yancaqlarına böyük dövlət subsidiyalarının və özəl bankların investisiyalarının hələ də davam etməsi vurğulanır. Qeyd olunub ki, keçən il bütün dünyada insanlar orta hesabla 86 gün həyati təhlükə yaradan temperaturlara məruz qalıblar. Həmin günlərin təxminən 60 faizinin iqlim dəyişikliyi səbəbindən baş verdiyi bildirilib. İstidən ölən 65 yaşdan yuxarı insanların sayı 1991-2000-ci ildən 2013-2022-ci ilə qədər olan müddətdə 85 faiz artıb.

“The Lancet Countdown”un icraçı direktoru Marina Romanello jurnalistlərə açıqlamasında bildirib: "Lakin bu gün gördüyümüz ifrat istilər təhlükəli gələcəyin erkən simptomu ola bilər".

Əsrin sonuna qədər temperaturun 2 dərəcə Selsi artacağı ssenarisinə əsasən, 2050-ci ilədək istiliklə bağlı illik ölümlərin 370 faiz artacağı proqnozlaşdırılır. Proqnozlara görə, əsrin ortalarına qədər təxminən 520 milyon daha çox insan orta və ya kəskin qida çatışmazlığı ilə üzləşəcək. Eyni zamanda, ağcaqanadlar vasitəsilə yoluxucu xəstəliklər yeni ərazilərə yayılmağa davam edəcək.

BMT-nin baş katibi Antonio Quterreş hesabata "bəşəriyyət dözülməz gələcəyin güzgüsünə baxır", -deyə cavab verib. O əlavə edib: "Biz artıq dünyada rekord qıran istilər, məhsulu yox edən quraqlıqlar, artan aclıq səviyyəsi, yoluxucu xəstəliklərin geniş yayılması, ölümcül tufanlar və daşqınlar ilə təhlükə altında olan milyardlarla insanın sağlamlığı və dolanışıq vasitələri ilə baş verən bəşəri fəlakətin şahidi oluruq".

Oxunub: 408

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər