Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması ilə təhsil sektorunda bir sıra kadr yerdəyişmələri baş verdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tutduğu vəzifədən azad edilərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edildi. Hazırda Mehriban Vəliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinə müvəqqəti rəhbərlik etsə də, bu vacib struktura hələ də rəhbər təyin edilməyib.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ən böyük və mühüm strukturlardan olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni rəhbərinin kim olacağı isə hər kəsdə ciddi sual və maraq doğurur.

Editor.az-a bu xüsusda yeni informasiya daxil olub. Məlumata görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri postuna hazırda Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri kimi çalışan Anar Qədiməliyev hazırlanır. Bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və 2024-cü ilin ilk həftəsində təyinatın baş tutacağı qeyd olunur.

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Anar Qədiməliyevin özünün də artıq bu mühüm posta hazırlaşdığı və bu təyinatı yaxın çevrəsi ilə qeyd etməyə başladığı bildirilir.

Editor.az-ın internet resursları üzərindən apardığı araşdırma zamanı Anar Qədiməliyevin təhsil sektorunda müsbət imicə malik olmadığı üzə çıxıb. Mətbuatda dərc olunan bir sıra materiallarda A.Qədiməliyev “Soros fondu” ilə yaxın əməkdaşlıqda, korrupsiyada, qanunsuz formada hərbi xidmətdən yayınmaqda və bir sıra digər qalmaqallı məsələlərdə ittiham olunub.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər