gundem / Cəmiyyət / Mədəniyyət
13.12.2023
Bu nazirlik yeni idarəetmə modelinə keçir - Nə dəyişəcək?
Mədəniyyət Nazirliyi yeni idarəetmə modelinə keçir.
"dogruxeber.tv" bildirir ki, bu barədə İqtisadiyyat.az-a Nazirlikdəki mənbə məlumat verib.
Belə ki, Mədəniyyət Nazirliyi daxili proseslərə nəzarət fəaliyyətinin təkmilləşdirilməsi və təklif edilən idarəetmə modelinin sosial-iqtisadi təsirinin qiymətləndirilməsinə başlayır.
Artıq Nazirlik qeyd olunan məsələlərlə bağlı məsləhət xidmətlərini almaq üçün müvafiq şirkətlə müqavilə bağlayıb.



