Putin keçmiş Dağlıq Qarabağ haqqında niyə belə dedi?..

dogruxeber.tv: - Ötən həftə Rusiya prezidentinin daha bir illik mətbuat konfransı baş tutdu. Tədbir dörd saatdan attıq davam etdi, Vladimir Putin ümumilikdə altmış yeddi suala cavab verdi.

Mətbuat konfransında bizi düşündürən məqamlar da az olmadı. Ona görə də əvvəlcə Putinin xalq, "birbaşa demokratiyası” haqqında bir neçə kəlmə demək istərdik.

Prinsipcə, bütün avtoritar liderlər belə edirlər. Onlar təmsilçilik demokratiyasının bütün institutlarını, elementlərini məhv edəndən sonra "xalq demokratiyası”na, necə deyərlər, "birbaşa demokratiyaya” üstünlük verir, guya xalqla birbaşa, vasitəçilər və təmsilçilər olmadan ünsiyyətdə olmağa üstünlük verirlər. Amma dörd saatdan çox davam etsə də, bunu demokratiya adlandırmağa adamın dili gəlmir, baxmayaraq ki, bəzi post-sovet ölkələrində hətta bu da yoxdur. Bəs əslində necə olmalıdır? Putin ildə bir dəfə seçmə suallara cavab verməməli, bunu hər gün etməlidir - bəli, xalqın seçdiyi insanlar parlament iclaslarında mütəmadi olaraq hökumətin və prezidentin işinə münasibət bildirməli, onlara müxtəlif sorğular göndərməlidirlər. Amma Rusiyada bu yoxdur, əvəzində isə siyasi görüntü - siyasi maket var...

Fəqət Rusiyanın problemləri bizim dərdimiz deyil. Elə bu səbəbdən də keçək ən əsas məsələyə. O isə budur: Vladimir Putin növbəti dəfə dedi ki, guya keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi Paşinyan və onun hökuməti tanıyıb. Putin niyə belə dedi? Ümumiyyətlə, o, bunu düzmü deyir? Əlbəttə ki, yox. Birincisi, ruslar, o cümlədən də Putin özü dəfələrlə bəyan edib ki, keçmiş Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İkincisi, Ermənistanın israrlı təkidlərinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsinə qarışmadı və bildirdi ki, Azərbaycan öz ərazisində əməliyyatlar aparır. Bəs onda V.Putin indi nə deyir?

Əvvəlcə onu deyək ki, bu, bir siyasi üsuldur və Moskva çoxdan hər şeyi Nikol Paşinyanın üstünə yıxmağa çalışır. Buna görə də bu vaxta qədər ona dözür. Nəhayət, ruslar keçmiş Dağlıq Qarabağı tərk etmək istəmirlər, ona görə ki, bu halda bütün Azərbaycanı itirəcəklər, bunu isə onlar qəti istəmir və bu səbəbdən də çıxışlarında gah nala, gah da mıxa vururlar.

Hazırda onlar intensiv şəkildə Azərbaycanda və bölgədə qalmağın yollarını arayırlar. Bunun bir yolu Zəngəzur dəhlizi layihəsidir. Kreml ümid edir ki, onun təhlükəsizliyini təmin etməyi İrəvan gec-tez ona tapşıracaq. Amma Ermənistanın hələ ki belə bir fikri yoxdur və Qərb də buna imkan verməz.

Başqa bir vasitə sülhün təmin olunması məsələdir. Moskva bir müddətdir işarə edir ki, guya sülhü təmin edən mexanizmlər lazımdır və ona elə gəlir ki, bu "mexanizm”ləri yalnız o, təklif edə bilər, çünki bütün başqa ölkələrdən fərqli olaraq, Moskva hələ ki bölgədə real təsirlərə malikdir.

Elə bütün bu səbəblərdən Kreml və onun başçısı ziddiyyətli bəyanatlar verməkdə davam edir. Amma post-sovet məkanında Qərblə Rusiyanın savaşı davam edir və demək olar ki, bu məkanda Rusiya hakimi-mütləq deyil. Ötən həftənin sonlarında Avropa İttifaqı Gürcüstana namizəd dövlət statusu verdi, Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamağı qərara aldı. Əlbəttə, qarşıda hələ böyük yol var. Amma çox maraqldır ki, bu üç post-sovet ölkəsi çox optimistdir. Onlar belə hesab edir ki, məsələ bir neçə ilə öz həllini tapacaq və onlar Avropa İttifaqının və NATO-nun üzvü olacaqlar, baxmayaraq ki, siyasi müşahidəçilərin böyük əksəriyyəti prosesə nisbətən pessimist yanaşır. Üstəlik, ABŞ-da növbəti ildə baş tutacaq prezident seçkiləri də çox kartları qarışdıra bilər. Amma biz nəticələrlə qəti tələsmək istəməzdik, çünki elə ötən həftə belə bir xəbərlər gəldi ki, ABŞ konqresmenləri prezidentin ölkənin NATO-dan çıxmasına qərar vermək imkanlarını məhdudlaşdıran düzəliş qəbul ediblər – belə ki, prezident bunu yalnız senatorların üçdən ikisinin razılığı ilə edə bilər...//qaynarinfo.az

Son xəbərlər

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər